vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜƏLLİF  
00:28 | 28 may 2013 | Çərşənbə axşamı Məqaləyə 3518 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsəbi sükut»

Səhər ƏHMƏD

Get-gedə küçələrdə öz-özüylə danışan adamların sayı artır. Öz-özüylə danışıb fikirli-fikirli başını bulayan adamların. Get-gedə narazı sifətlilər bürüyür bu şəhəri...

Kimi qohumdan narazıdı, kimi qonşudan, kimi ölkədən.
Və ən qəribəsi, bu narazılıq adamları birləşdirmir, əksinə ayırır.
İzdihamdakı adamlar bir-birindən küsülüymuş kimi.
Mobil telefon geniş yayılandan bir-birindən saatı da soruşmur adamlar. Gözlər də, qulaqlar da telefonlarda.
Yaşlılar öz aləmində aranı dağa, dağı arana daşımaqda.
Gənclər öz aləmində, öz mahnılarını dinləməkdə.
Yaşlılar bir tikə çörək dalınca sərgərdan, gənclər karyera axtarışında pərişan.
Gənclərin üzündəki gözəllik də qocalıb elə bil.
Baxışlar ütülü, davranışlar biçimli.
Yaşlıların üzündə süni gənclik, cavanların üzündə saxta bişkinlik. İzdihamın üzündə əsəbi bir sükut.
Bəs hanı bu ölkənin dəli-dolu, qayğısız, güləndə üzündə güllər açan gəncliyi?!
Bu yazını da öz-özüylə danışan birinin narazılığı hesab edin.
Bir şairin zəmanədən şikayəti.
Zatən əsrlərdir, şairlərin əlindən gələn başqa bir şey yox.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)