vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
14:59 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 1361 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türkiyə qan dəyişir»

«Ərdoğanın gələn həftə baş tutacaq Bakı səfəri bütün suallara cavabdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə hansı hökumət olursa olsun, hansı şəxs baş nazir, prezident olursa olsun, Azərbaycana münasibətdə dəstək, qardaşlıq məsələsində bir dəyişiklik ola bilməz. Vaxt.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfir qeyd edib ki, Türkiyədə tarixi bir olay yaşanıb və ilk dəfə ümumxalq səsverməsi ilə prezident seçilib: «Ancaq istər Türkiyə prezidenti səlahiyyətlərinin icrasına başlayacaq Rəcəb Tayyib Ərdoğanın, istərsə də baş nazir səlahiyyətlərini icra edəcək Əhməd Davudoğlunun dediyi kimi, bu, bir bitmə deyil, davamdır. Türkiyənin dövlət ənənəsində də davamlılıq əsasdır. Ancaq Türkiyədə bir qan dəyişikliyi yaşanır və bu dəyişikliyin müsbət nəticələrinin olacağını düşünməyimiz lazımdır».

İ.Coşqun bildirib ki, Türkiyə Nazirlər Kabinetində də dəyişikliklər olacaq. O qeyd edib ki, hər yeni gələcək nazir, Türkiyəni inkişaf etdirməyə, Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışacaq.

«Rəcəb Tayyib Ərdoğan da ilk rəsmi səfərini gələn həftə Azərbaycana edəcək. Bunun özü bütün suallara cavabdır», - deyə o vurğulayıb.