vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
12:33 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 1277 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər narahat olublar

Münaqişənin nizama salınması prosesində görünməmiş hadisə

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 4-də Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sərkisyanın və ABŞ dövlət katibi Con Kerrinin görüşü olub.

Vaxt.Az AzərTAc-a istinadən bildirir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

 

«Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Soçi görüşündən sonra keçirilməsi iki qat əhəmiyyət qazanıb».

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın «Jamanak» qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, uzun fasilədən sonra ilk dəfə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Rusiya olmadan görüşüblər: »Rusiya Federasiyası NATO-un sammitinə dəvət edilməyib. Bunu isə son zamanlar Qarabağ münaqişəsinin nizama salınması prosesində görünməmiş hal hesab etmək olar. Çünki danışıqlar heç vaxt Rusiyasız baş tutmurdu. Bu dəfə isə ABŞ-ın təşəbbüsü ilə bu baş tutdu. Bu nöqteyi-nəzərdən biz, görünür ki, Qarabağ münaqişəsinin nizama salınması prosesində faktiki olaraq özünəməxsus hadisənin şahidi olduq».

Qeyd edək ki, Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında üçtərəfli görüş keçirilib.