vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MƏHKƏMƏ, İSTİNTAQ  
18:03 | 26 sentyabr 2014 | Cümə Məqaləyə 3393 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elşad Abdullayevin adamına ağır cəza

Məhkəmə ABU-nun dekanını 10 il müddətinə həbsdı saxladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Ağır Cinayətlər Məhkəməsində ABU-nun 2002-2010-cu illərdə dekanı olan Rabil Amanovun cinayət işinin baxışı yekunlaşıb.

Rabil Amanov Azərbaycan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsinin dekanı, eyni zamanda digər təhsil müəssisələrindən tələbələrin köçürülmə komissiyasının sədri vəzifəsində işləyib. Həmin ərəfədə o, Universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub, sonuncunun təşkilatçılığı ilə TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlerin valideynlərindən külli miqdarda rüşvət alıblar. Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahacqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitətində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar. Sonra Azərbaycan Təhsil Nazirliyinin razılığı olmadan həmin şəxslərin 2-ci kursdan ABU-ya köçürülmələrinin müvafiq əmrlərini şəxsən imzalayıb.

Bundan əlavə, TQDK və Universitetin keçirdiyi test imtahanlarının nəticələrinə əsasən qəbul olunmuş tələbələrdən ümumilikdə 240.412 manat məbləğində R.Amanov və qeyriləri rüşvət alıblar.

Məhkəmə prosesnidə Rabil Amanov ittiham üzrə özünü təqsirli hesab edib.

Məhkəmə təqsirləndirilən şəxsi məhkəmə zalında həbs edib. Elan olunan hökmə əsasən Amanov 2 il müddətində ali təhsil müəssisələrində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunub. O,  CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilirdi.