vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
OLAY  
18:23 | 4 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 3025 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gülər Əhmədovanın ayaqları tutulub

Vəkil: «Onun həmçinin baş ağrıları var, müalicə olunur, həkimlər ona baş çəkirlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov ANS PRESS-ə açıqlamasında G.Əhmədovanın səhhətinin pisləşdiyini deyib: «Ayaqları tutulur. Əsasən də sol ayağı tutub. Baş ağrıları var. Müalicə olunur. Həkimlər ona baş çəkirlər».

Ə. Talıbov əlavə edib ki, G.Əhmədovanın apelyasiya şikayəti əsasında keçirilən məhkəmə iclasının qərarından kasasiya şikayətini bu gün Ali Məhkəməyə təqdim etdiklərini söyləyib: «Biz məhkəmə qarşısında 17 vəsatət qaldırmışdıq, amma məhkəmə onların heç birini təmin etmədi. Ona görə də biz apelyasiyanın qərarından şikayət etdik».

Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.