vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
18:26 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 2787 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əhmədova azad oluna bilər

Vəkil: «Sabah məhkəmə qərar verəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabah Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apelyasiya şikayətinə baxılacaq. Virtualaz.org saytı xəbər verir ki, prosesə hakim Əflatun Qasımov sədrlik edəcək. Məhkəmə prosesi saat 15:20-də başlayacaq.

Qeyd edək ki, aprelin 1-də keçirilən məhkəmə prosesində sabiq deputatın kasasiya şikayəti qismən təmin olunmuşdu. Qərara əsasən, Apelyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq ekspertlər və şahidlər yenidən dindiriləcək.

Vəkil Əfsər Talıbov virtualaz.org-a açıqlamasında bildirdi ki, G.Əhmədovanın əməlində heç bir cinayət tərkibi yoxdur. Vəkil sabiq deputatın azadlığa buraxılma ehtimalından danışarkən isə söylədi ki, buna sabah məhkəmə qərar verəcək.

Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirli bilinib.