vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
22:00 | 15 may 2019 | Çərşənbə Məqaləyə 2552 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Jurnalistlərə qıcıq oluram”

Məşhur hakim təqaüdə göndərildi

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış, həm də bir sıra qalmaqallı proseslərdə adı keçən hakimi Ənvər Seyidov 70 yaşı tamam olduğu üçün təqaüdə göndərilib.

1972-ci ildən Ədliyyə Nazirliyi sistemində çalışan Ə.Seyidovun bundan sonrakı fəaliyyətilə bağlı suallara aydınlıq gətirməsi üçün onunla əlaqə saxladıq.

Ə.Seyidov geniş danışmaq istəmədiyini vurğulayıb: “Kifayət qədər işləmişəm, indi dincəlmək vaxtıdır. Hazırda bağda dincəlirəm”.

Tanınmış hakim 70 illiyilə bağlı filmə çəkildiyini vurğulayaraq, yazılı mətbuata açıqlama verməkdə maraqlı olmadığını da dilə gətirib:

“Mən jurnalistlərə, açıqlamalara qıcıq oluram. Artıq açıqlamanın, bağlamanın vaxtı keçib. Xahiş edirəm bundan sonra məni narahat etməyin. Barəmdə nəsə yazılmasını istəmirəm. Şərt deyil ki, qəzetdə də mənim barəmdə yazı çıxsın, televiziyada 70 illiyimlə bağlı film çəkilir. Bu, mənim bəsimdir”.

Ə.Seyidov 1972-ci ildə Ədliyyə Nazirliyi sisteminə gəlməklə, bir sıra vəzifələrdə, o cümlədən Respublika VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad rayon Məhkəməsinin sədri, Ali Məhkəmənin üzvü və Həmkarlar Komitəsinin sədri vəzifələrini tutub.

1994-99-cu illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, təftiş qrupunun rəhbəri olub.

"Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" (2008), “Cinayət prosesində insan hüquqlarının təminatı məsələləri: Beynəlxalq standartlar və dövlətdaxili qanunvericilik” (2012) kitablarının müəllifidir.

Ənvər Seyidov hakimliklə yanaşı, həm də bədii yaradıcılıqla məşğuldur. Belə ki, o, bir sıra romanların müəllifidir. 

Ə.Seyidov “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür.

Ə.Seyidov “Qızıl Qələm”, “Qızıl Qılınc” və Rəsul Rza adına mükafatlara layiq görülüb. Onun "Təlatüm", “Gürzə”, “Ünvansız eşq” və “Dələduzlar” romanları əsasında bədii televiziya filmləri çəkilib. “Tale yolları”, “Həyat duyğuları” əsərlərinin də müəllifidir.

Ə.Seyidov həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür. Hərbi rütbəsi polkovnik, birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru, professordur. (Modern.az)