Arif Əsgərovun baldızı oğlu 5 milyon ödəyib
«Liman Group»un rəhbəri Emil Hüseynovun məhkəməsi davam edir
İlkin MURADOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər şeyini itirdi ...
Evlər, mülklər, torpaq sahələri, bahalı avtomobillər və s ...
-
“Jurnalistlərə qıcıq oluram”
Məşhur hakim təqaüdə göndərildi
-
Məhkəməyə məcburi gətirildi
Oğlu adam öldürən və qanı batırmaq istəyən toyxana sahibi axır ki, danışdı...
-
Şantaj, yoxsa şərlənmə?
Sayt rəhbəri qaynina hədə-qorxu gəlib
-
“Məni ancaq sən çıxara bilərsən”
Həbsdə olan icra məmuru aldatdığı qadınla barışdı: “Biz düşmən deyilik”
-
“Heç kimi tutdurmaq niyyətim yoxdur”
Şikayətçi məhkəmədən vaxt istədi
-
«Məni çölün düzündə öldürmək istəyirmiş...»
Nağaraxana kəndindən başlayan Az.TV sədri Arif Alışanova sui-qəsd əhvalatı
-
Alışanova sui-qəsd cəhdi məhkəmədə
Az.TV sədrini vurub dərəyə aşırmaq, bu da baş tutmayanda güllələmək planı...
-
«Dedim qohumdur, yəqin məni tutdurmaz»
«Dəmirbank»ın fırıldaqçılıqda günahlandırılan sabiq filial rəhbəri danışdı
-
Bağlanan bankın müştəriləri təlaşda
«Dəmirbank»dakı pulların aqibəti necə olacaq?
-
Maxinasiya sobasında əriyən «DəmirBank»
Lisenziyası alınan bankda nələr baş verirdi?
-
Dəllalın dələduzluğu
Torpaq almaq istəyənlərə 300 min manat «atıb» Rusiyaya qaçdı
-
Pullar qayıtmadı
Azərbaycanda xalq şairinin qohumlarının 3 milyon manatı mənimsənildi
-
Nəzərə gələn «ZARA»
İşçiləri məşhur mağazaya 18 min manat «atıb»
-
Bank müdiri məhkəmə zalında həbs olundu
«Dəmirbank»ın «Bayıl» filialının rəhbəri Fərəh Rəşadətli dəmir barmaqlığa salındı
-
Dərsliklərə salınası cinayət
«Ümumiyyətlə, bir məqsədim vardı-yüksək vəzifəlilərlə yaxınlıq etmək...»
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan sabiq nazir müavini Arif Əsgərovun baldızı oğlu Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Məhkəmədə Emil Hüseynovun zərərçəkmiş 6 nəfərdən 4-nə dəymiş zərəri tam olaraq ödəyib.
E.Hüseynovun ödədiyi ümumi zərər 5 milyon manata yaxındır.
Qeyd edək ki, Elnar Əsgərov bu iş üzrə əsas şahiddir və o, ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Emil Hüseynov Elnarı ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Emil Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.
Bildirək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.
E.Hüseynov hazırda ev dustaqlığındadır. Onun barəsində olan həbs qətimkan tədbiri bir müddət əvvəl dəyişdirilib və o azadlığa çıxıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında «İnterpol» xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
Qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həns edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.
Arif Əsgərov 2004-2015-ci illərdə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə nəqliyyat nazirinin müavini təyin edilib.
A.Əsgərovun oğlu «Liman Group» şirkətinin rəhbəri olub.