«Quska» «verbovka» edilib?
Almaniya kəşfiyyatına satılan kimi onun adı İnterpolun siyahısından çıxarılıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Yaşıllar yarpaq tökür
Hakim koalisiya partiyasında kütləvi istefalar
-
Polis şübhəlini axtarır
Kölndə müəmmalı partlayışlar davam edir
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
Birinciliyə yüksəldilər
Nasizm Avropaya qayıdır?
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Şengen böhranı
Almaniyanın AB ölkələrini qəzəbləndirən qərarı
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Almaniya həyəcan içində
Nahar vaxtı əsgərlərə hücum etməyi planlaşdıran şübhəli saxlanılıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
Altı ayda 25 faizə yaxın azalma
Yanvar-iyun dövründə Almaniyada şirkətlərin müflisləşməsində ciddi artım
-
“Ksenofobiya və irqçiliyin əleyhinəyik”
Almaniyanın ana müxalifət lideri Merz: “Mühacir əsilli insanlara ehtiyacımız var”
-
“Qoy çörəkpulu qazansınlar”
Olaf Şolz ölkəsinin immiqrasiyaya ehtiyacı olduğunu vurğulayıb
-
Almaniyanın immiqrasiya qərarına AB-dən etiraz
“Birlik ölkəsi yalnız müstəsna hallarda daxili sərhəd nəzarətini həyata keçirə bilər”
-
Təhdid dolu məktublar
Almaniyanın üç əyalətindəki məktəblərdə dərslər dayandırılıb
Hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan sabiq deputat Hüseyn Abdullayev bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə razılıq verib.
Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumatı haqqin.az saytı yayıb. Məlumat sayta mötəbər mənbələr tərəfindən verilib. Mənbə deyib ki, Azərbaycanda daha çox «Quska» kimi tanınan sabiq deputat Almaniya ərazisində agentura fəaliyyətinə cəlb olunub.
Xəbərə görə, «Quska» alman xüsusi xidmət orqanları tərəfindən ələ alınandan və onlarla işləməyə razılıq verəndən dərhal sonra onun adı İnterpol xətti ilə axtarılan cinayətkarların siyahısından çıxarılıb.
Məlumatı verən mənbə onu da yada salıb ki, «Quska» əvvəllər Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışan yüksək rütbəli şəxsin tövsiyəsi və zəmanəti ilə Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmişdi.
«Əvvəllər MTN-də çalışan və kriminal keçmişə malik qalmaqallı sahibkarla bilavasitə işləyən həmin şəxs hazırda Baş Prokurorluqda vəzifə sahibidir. Hüseyn Abdullayevin Almaniyada atdığı son addımdan sonra həmin vəzifəli şəxs də çətin və çaşqın vəziyyətə düşüb. Belə ehtimal var ki, «Quska»nın alman kəşfiyyatının agentinə çevrilməsi o məmurun da başını ağrıdacaq» - deyə mənbə vəziyyəti haqqin.az saytına şərh edib.
Xatırladaq ki, H.Abdullayev uzun illər ərzində Azərbaycanda kölgə iqtisadiyyatının bir hissəsinə nəzarət edib, qaçaqmalçılıqla məşğul olub. 2-3 min nəfərdən ibarət qeyri-rəsmi silahlı qruplaşma saxlayıb, azad sahibkarları soyub-talayıb. Sonralar «Quska» bu imtiyazlardan məhrum edilib və müxalifətə keçib. Hazırda Almaniyada yaşayır...