Nazir Ermənistanı ifşa etdi
Elmar Məmmədyarov: «Münaqişə nə qədər tez bitsə, onlar əməkdaşlığın perspektivləri və iqtisadi inkişafdan o qədər tez faydalanacaq»
Ağa AKİFOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya Azərbaycanın müttəfiqidirmi?
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
-
“İftira dolu müddəalar”
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
-
Səfirə xəbərdarlıq
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
-
Tehran dözmədi...
İran səfirimizə qarşı psixoloji, siyasi təzyiq göstərmək variantına əl atıb
-
Vaşinqtondan Soçiyə cavab
XİN rəhbərləri ABŞ-a dəvət olundu
-
“Müttəfiqliyin ruhuna ziddir”
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
-
Leyla Abdullayevanın xələfi ...
... Ayxan Hacızadə kimdir?
-
“Qərəzsizliyi ciddi sual altındadır”
Azərbaycan XİN-dən Emmanuel Makrona sərt cavab
-
“Öhdəliklərin yerinə yetirilməməsi ...”
Azərbaycan Fransaya etiraz notası verdi
-
“... Riyakarlığının nümunəsidir”
Rəsmi Bakı Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına sərt cavab verdi
-
Bayramovun telefonları susmur
Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
-
XİN rəhbərləri ilk dəfə təkbətək görüşdü
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib
-
Bakının Moskvadan tələbləri var
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
-
Lavrov yenə niyə gəlir?
Yenə də ümumi sözlər deyib geri qayıdacaq
-
Fərrux dağının delimitasiyaya aidiyyəti yoxdur
Azərbaycan XİN Lavrovun İrəvandakı sayıqlamalarına cavab verdi
-
“Belə münasibətin qəbuledilməzdir”
Hindistan səfiri XİN-ə çağırılıb
«Ermənistan yenə də təxribatçı əməlləri ilə danışıqlar prosesini pozmağa çalışır. Aprel hadisələri bir daha göstərdi ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir».
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasında xarici siyasət strategiyasının həlledici roluna dair məqaləsində bildirib.
Nazir qeyd edib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal olunmasını pisləyib:
«Bu qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edərək, işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
Təhlükəsizlik Şurasının sədri tərəfindən 1992-1995-ci illər arasında qəbul edilmiş çoxsaylı bəyanatlarda da bu kimi ciddi məqamlar öz əksini tapıb. Çox təəssüf ki, Təhlükəsizlik Şurasının ilk növbədə işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması kimi qəti tələbləri hələ də icra olunmayıb və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməyib.
Xoş niyyətlə danışıqlar aparmaq əvəzinə, Ermənistan münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur. BMT Təhlükəsizlik Şurasının tələblərinə tamamilə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, zor gücünə məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır. Bu narahatlıq doğuran faktlar ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən bir daha təsdiq edilib.
Bundan başqa, Ermənistan diqqəti sülh prosesinin əsas və substantiv məsələlərindən atəşkəsin texniki aspektlərinə yönəltməklə diqqəti yayındırmağa çalışaraq vaxtaşırı hərbi təxribatlar törədir. Ən son olaraq bu il aprel ayının əvvəlində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı hücumlar həyata keçirdi.
Əhalinin sıx məskunlaşdığı Azərbaycan əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerləri ağır artilleriya və iriçaplı silahlardan intensiv atəşə tutuldu. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, çoxsaylı azərbaycanlı mülki şəxslər həlak oldu və ciddi yaralandı. Vaxtında səmərəli mülki müdafiə tədbirləri görülməsəydi, əhali arasında itkilərin sayı daha çox ola bilərdi. Ermənistan həlak olmuş Azərbaycan əsgərlərinin cənazələrini eybəcər hala salıb.
Bu hücumlar zamanı Azərbaycanın 34 şəhər və kəndi ağır dağıntılara məruz qalıb. Mülki əhəmiyyətli infrastruktur da daxil olmaqla özəl və ictimai mülkiyyət xeyli dərəcədə ziyan çəkib. Yüzlərlə mülki təyinatlı bina, xüsusilə, yaşayış evləri, məktəblər, uşaq bağçaları, mədəni mərkəzlər və digər mülki obyektlər dağıdılıb.
Azərbaycan aprel döyüşlərindən sonra danışıqların substantiv əsaslarla davam etdirilməsinin tərəfdarı olduğunu açıq şəkildə bildirib. Substantiv danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnməlidir.
Ermənistanın işğalçı siyasəti heç zaman uğurla nəticələnə bilməz. Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsi olub, hissəsidir və həmişə də belə olacaq. Möhkəm və davamlı həllə nail olmağın və iki qonşu dövlət arasında sivil münasibətlər qurmağın yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi və qaçqın və məcburi köçkünlərin ayrılmaz hüquqlarına riayət edərək onların öz doğma yurdlarına qayıtmasının təmin olunmasıdır. Beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də elə bunları tələb edir.
E.Məmmədyarov bildirib ki, Ermənistan bu reallığı nə qədər tez dərk etsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq:
«Heç şübhə etmirik ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları əmin-amanlıq şəraitində və ləyaqətli şəkildə Azərbaycanın bu regionunda yenə birgə yaşayacaqlar. Ona görə də Dağlıq Qarabağın hər iki icması arasında sülh, razılaşma və birgə yaşama istiqamətində səylərin davam etdirilməsi həyati əhəmiyyət kəsb edir. Biz xüsusi diqqət ayrılmalı olan bu məsələləri bütöv barışıq prosesinin vacib aspektləri kimi nəzərdən keçiririk.
Münaqişənin ədalətli və beynəlxalq hüquqa uyğun həlli məqsədilə Azərbaycan bütün imkanlardan və beynəlxalq platformalardan davamlı şəkildə istifadə edəcək. Azərbaycanın beynəlxalq səviyyədə apardığı siyasətin nəticəsidir ki, NATO-nun bu il iyulun 8-9-da Varşavada keçirilmiş Zirvə toplantısında üzv dövlətlər tərəfindən dövlət və hökumət başçıları səviyyəsində qəbul edilmiş Yekun Kommunikenin 24-cü paraqrafında NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməyə sadiq olduqlarını bir daha vurğuladılar, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini ifadə etdilər. Əvvəlki Zirvə toplantılarında da üzv dövlətlər tərəfindən eyni mövqe ifadə olunmuşdu.
Dövlətimizin başçısının iştirakı ilə 2016-cı il aprelin 10-15-də İstanbul şəhərində keçirilmiş İslam Sammiti Konfransının 13-cü sessiyası ölkəmizin maraqlarına cavab verən bir sıra qərarların qəbul edilməsi ilə yadda qaldı.
Tədbirin Yekun Kommunikesində Ermənistanın ölkəmizə qarşı təcavüzü, cari il aprel ayının əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması, habelə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması haqqında təfərrüatlı bəndlər yer aldı. Bu ilin sentyabrında BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Kontakt Qrupunun İƏT baş katibinin sədrliyi ilə ilk iclası keçirildi.
Qoşulmama Hərəkatına üzv ölkələrin bu il sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin Yekun sənədində isə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar.
Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında aparılan beynəlxalq maarifləndirmə tədbirləri çərçivəsində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması istiqamətində fəal işlər davam etdirilir. 2015-ci ildə Xocalı soyqırımı ilə bağlı İƏT Nazirlər Şurası xüsusi qətnamə qəbul etdi və Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün üzv ölkələri lazımi səylər göstərməyə çağırdı. Bununla yanaşı, Qvatemala Konqresində, həmçinin ABŞ-ın Pensilvaniya ştatının Nümayəndələr Palatasında və Arizona ştatının Senatında Xocalı soyqırımına dair qətnamələr qəbul edilib.
ABŞ-ın Konnektikut ştatının Nümayəndələr Palatası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib, Corciya və Yuta ştatlarının qubernatorları isə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanatla çıxış ediblər. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Prezident İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyası bundan sonra da qəti və prinsipial şəkildə davam etdiriləcək».