Əşrəf dayının lomu
Dəmir parçası təəssüf ki, öz təyinatını itirib
Afət TELMANQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezident iki yolun açılışında iştirak edib
5 yaşayış məntəqəsində yaşayan 72 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşdı
-
«Yeni Bakı»da yeni həyat
Mehriban Əliyeva Masazır qəsəbəsində tikilən mənzillərin məcburi köçkün ailələrinə təqdim olunma mərasimində
-
Avtomobillər «güləşdi»…
…Güləşçilər yaralandı
-
Bir qonşumuz var idi. Tikintidə qazıntıda işləyirdi. Çörək ağacı da bir dəmir parçası idi. El arasında lom deyilən dəmir parçası, kiməsə lazım olanda onun qapısını döyərdi. O da həyətinin ən hörmətli yerində saxlayıb, göz bəbəyi kimi qoruduğu lomunu qonşulardan əsirgəməzdi. Bakının məşhur «Papanin» deyilən məhəlləsində o zaman da elə indi də heç kimin ağlına gəlməzdi ki, gün gələcək Əşrəf dayının lomu bəzi ailələrin çörək ağacı yox, qan çubuğu olacaq. Təəssüf ki, bu gün Əşrəf dayının dəmir parçası öz təyinatını itirib. Bu silahla törədilən qətl xəbərlərinin ardı- arası kəsilmır. Dəmir parçası neçə-neçə qadının, həm də ananın, həm də övladın, həm də bacının əcəl çubuğu oldu.
Bir gün əvvəl Masazır qəsəbəsində Sadiq adlı həyat yoldaşını dəmir parçası (lomla) çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib. Dəmir parçasını əlinə silah kimi alan, insanlığa sığmayan hərəkətlər edən birisi 40 günlük körpəni anasız qoyur. Lomla törədilən qətllərin sorağı, tək paytaxtdan deyil, bölgələrdən də gəlir. Neftçalada Vurğun adlı biri həyat yoldaşı Mədinəni dəmir parçası ilə döyüb öldürüb. Xaçmazda da eyni hadisə təkrarlanıb. Bir sözlə, adını kişi qoyub, gücünü qadına göstərənlərin müasir silahına dönüb dəmir parçaları. Qəddarlaşan, vəhşiləşənlər kiminsə ciyər parasını əllərindəki dəmir parçaları ilə parçalayırlar. Bunun isə hesabı var. Hesab isə cəzaçəkmə yerlərində bir neçə il cəza alıb çıxmaq deyil. Onlar silahları ilə o dünyada qarşılaşacaqlar və can aldıqları dəmirlər onların cansız bədənlərinin yox, həm də ruhlarını parçalayacaq. Qonşum Əşrəf dayı isə indi haqq dünyasındadır. Əşrəf dayının lomunun isə yəqin ki, o dünyada yeri bir başqadır.