Jurnalist peşəsinə sevgimi artıran insan
Təkcə Xocalı faicəsini lentə aldığına görə, hər birimiz Ona borcluyuq
Afət TELMANQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qayıdın, qardaşlar, hara gedirsiz?”
... Yaxud yaddaşı unutmamaq üçün ibrət olan kadrlar
-
Çingizin son anları...
... gördükləri və görmədikləri
-
“Yayıma tam hazırıq”
Vahid Mustafayev ANS-in açılmasından danışdı
-
ANS-ə xəbərdarlıq
«10 gün ərzində qapılarını açıb, əşyalarını çölə atacağıq»
-
ANS-dən Prezidentə açıq məktub
«Biz isə həm də ona görə narahatıq ki, Sizə, Sizin ailəyə narahatlıq gətirmişik»
-
DSX-dan ANS-in müxbirinə qadağa
Qənirə Ataşovaya ölkədən çıxmağı qadağan etdilər
-
25 yaşlı ağsaqqal
Həqiqətin mavi aynası - ANS
-
ANS yarası
Qanuna tapınmayanlar çıxış yolunu gözə batan ANS-i qapatmaqda tapdılar
-
Mirşahin əməliiyyat olundu
Məşhur jurnalist Türkiyədədir
-
Mir Şahinin yeni ili
ANS-in «Dədə Qorqud»una hədiyyə edin, onu ekrana - övladına qovuşdurun
-
««Qulp» həssas yerimdir»
Mübariz Əsgərov: «Öz aramızdır, mənim də, sadiq...»
-
Onu bağışlamaq olarmı?
ANS-çilər ümidlərini noyabrın 26-da baş tutacaq təbrikə bağlayıblar
-
ANS-sizlikmi Sizi bizdən aldı?
Heç vaxt unudulmayacaqsınız!
-
«Acizlikdir...»
Qulu Məhərrəmli: «AzTV-dəki kriminal barədə ölkədə danışmayan yoxdur»
-
Tanınmış jurnalist ANS-dən çıxdı
Son bir həftədə ikinci ayrılıq
-
«Elə bil divara söz deyirsən»
Nadir Bədəlov telekanallardan narazılıq etdi
Bu gün onun günüdür! Bu gün həm də azad sözün, qəlbi vətən sevgisi ilə çırpınan cəsarətli jurnalistlərin günüdür! İlləri illər əvəz edir. Dəyişən çox şey olur. Yaşın üstə yaş gəlir, saçlara dən düşür. Amma bu illər ərzində dəyişməyən məqamlar, dəyişməyən insanlar da olur. Çingiz kimi.
O, qocalmadı, 32 yaşda da qaldı. Yaddaşımıza gənc, sözü ilə döyüşən, enerjisi bitib tükənməyən bir gənc kimi, bir qəhrəman kimi yazıldı. Hər il olduğu kimi bu ilin bu günü də onun məzarı başına toplaşdıq. Onu yad etdik. Bu il onu ziyarət edənlər arasında hər vaxt başdaşı yanında oturub, için-için ağlayan Naxış ana olmadı.
Onun qarşısına onun adını daşıyan ANS ÇM radiosuz və ANS-siz getdik. Amma içimizdə Çingizin ruhu dolaşan bir məkanın acılacağına bir inam olduğundan bu da bir sınaqdır deyib ötdük. Ad günündə onun ruhunu ANS-in yoxluğu ilə narahat etmək istəmədik. ANS-in dəhlizində ondan qalan əmanətə xəyanət edilməyəcəyini O da bilir axı. Qaynar nöqtələrdə kamerası ilə döyüşən bu gənc qısa, amma şərəfli ömür yolunda çoxlarının görə bilmədiyi işləri gördü axı vətən üçün! O zaman informasiya blokadasında olan Azərbaycanda baş verən hadisələri dünya miqyasına çıxarıb tanıdan O oldu axı.
Çoxlarına vətən kəlməsinin Ana kəlməsi kimi əziz, əvəzsiz olmasını göstərdi. Vətənpərvər olmaq dəbdə deyil fikirlərini alt-üst etdi. Çingiz coxlarına qorxmazlıq, mərdlik aşıladı. O, mənim üçün həm də ən böyük arzumun qəhrəmanı oldu. Jurnalist peşəsinə sevgimi artırdı. Cibində jurnalist vəsiqəsi gəzdirən hər jurnalistin hələ jurnalist olmadığını anlatdı. Bir sözlə, əsl jurnalistin necə olmasını əməlləri ilə göstərdi. Qisa, amma şərəfli ömür yolu keçən Çingiz, hər kəsin yaddaşında viran edilmiş Xocalını hönkürərək, ürək ağrısı ilə lentin yaddaşına köçürən, dünyaya bu vəhşiliyi bəyan edən, sədası müharibə meydanından gələn qəhrəman kimi qaldı. Hamı kimi doğuldu, amma hamıdan fərqli oldu. 56 yaşın mübarək! Sənə ən böyük təbrikim isə torpaqlar işğaldan azad olan gün və tezliklə ANS-in fəaliyyətə başlayacağı gün olacaq Çingiz! O gün sənin ruhunun həm də şad, rahat olan günü olacaq!