vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
20:31 | 26 avqust 2016 | Cümə Məqaləyə 3361 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çox ailənin faciəsi oldunuz!

Cəzanızsa cəzasızlıq oldu, ağ xalatlılar!

Afət TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir vaxtlar ağ xalat geyinib dərdinə dərman axtaranlara yardım etmək mənim də arzum idi. Hələ uşaqlıqdan anamın qonum-qonşunun, qohum - əqrəbanın harayına yetdiyini görəndə həkim olmaq arzum daha da güclənirdi. Amma bu, təkcə mənim arzum deyildi. Atam da mənim həkim olmağımı istəyirdi.

Beləcə, hər gün anamın ağ xalatını geyinib, qonşu uşaqlarla həkim-xəstə oyunu oynayırdıq.

Amma zaman keçdi, həkim olmaq sevdasından vaz keçdim. Sonradan neçə-neçə ailənin faciəsinə səbəb olan həkimləri görəndə isə bir daha fərqinə vardım ki, gərək insan arzularının ardınca getsin.

«Filankəsin uşağı və ya filankəs Tibb Universitetində oxuyur» sözünə görə yox, gerçəkdən həkim olmaq, insanlara kömək etmək üçün ağ xalat geyinsinlər.

Bu gün həkim səhlənkarlığından nə qədər insanı torpağa tapşırırıq. İlk dəfə tələbə adı qazanmış 17 yaşlı qızın ali məktəb auditoriyasına daxil olmasını siz əngəllədiniz, ağ xalatlılar!

Körpələri ana nəvazişindən siz məhrum etdiniz, ağ xalatlılar! Sağ ayaq əvəzinə sol ayağı kəsib ahıl qadının son mənzilə yolunu siz yaxınlaşdırdınız, ağ xalatlılar! 

Çox ailənin faciəsi oldunuz. Cəzanızsa cəzasızlıq oldu! Deyirdilər pasiyentlərin hüquqları haqda qanun qəbul olunacaq. O qanun xəstə həyatına son qoyan həkimləri guya cəzalandıracaq. Amma hələ ki evlərdə o həkimlərin gözüyaşlı qoyduqları insanlar cəza çəkir. Məsuliyyətsiz, səhlənkar və bisavad həkimlərin cəzasını o günahsızlar çəkir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)