vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AMERİKA  
16:07 | 29 oktyabr 2016 | Şənbə Məqaləyə 855 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tramp prezident seçiləcək»

30 ildir yanılmayan professor: «Libertarianlar 5 faizlik həddi keçə bilməsələr»

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar partiyasından olan namizəd Donald Tramp qələbə qazanacaq. Virtualaz.org xəbər verir ki, bu barədə 1984-cü ildən bəri prezident seçkilərinin nəticələri ilə bağlı qabaqcadan dəqiq proqnozlar verən Vaşinqtondakı Amerika universitetinin professoru Alan Lixtman bildirib.

«The Washington Post»un yazdığına görə, Lixtman qeyd edib ki, Donald Trampın qeyri-ciddi ifadələri və qadınların onun tərəfindən cinsi istismara məruz qalmaları ilə bağlı söylənən ittihamlar seçkinin nəticələrinə dair proqnozlara təsir etmir.

Tədqiqatçının sözlərinə görə, Respublikaçılar partiyasından olan namizədin xeyrinə qələbə üçün lazım olan 13 amildən 6-sı var.

Eyni zamanda, Lixtman etiraf edir ki, bu amillərin nisbəti Trampın xeyrinə dəyişməyə də bilər. Çünki indiyə qədər «üçüncü» – Libertarian patiyasından olan namizəd Hari Consonun 5 faizdən çox səs yığıb-yığmayacağı da dəqiq məlum deyil. Libertarianlar 5 faizlik həddi keçə bilməsələr, Hillari Klintonun şansı yüksələ bilər.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında Lixtman ABŞ-da prezident seçkilərində Trampın qələbə qazanacağını qabaqcadan xəbər vermişdi.