vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
21:56 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 637 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tramp prezident olsa…»

«…Üç il sonra Amerikanı Putin idarə edəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Formula-1»in promouteri Berni Ekklstoun bildirib ki, ABŞ-dakı seçkilərdə Tramp Donaldı dəstəkləyir. Virtualaz.org-un məlumatına görə, o hesab edir ki, Trampın hakimiyyətə gəlişi ilə daha çox dəyişiklik olacaq, nəinki Hillari Klintonun. Amma bununla belə, «F-1»in ekssentrik bossu hesab edir ki, Tramp bir çox şeyləri korlayacaq.

«Mən 100 faiz Trampın tərəfindəyəm. Əgər Klinton udsa, heç nə dəyişməyəcək. Tramp çox şeyi dəyişdirəcək və ola bilər ki, çox şeyi də korlayacaq. Amma dəyişikliklərlə çox yaxşı şeylər gələcək.

Mən apreldə Vladimir Putinlə görüşdüm. Mən ona dedim ki, Tramp udacaq və gəlib Sizi qucaqlayacaq. Üç il sonra isə Amerikanı Siz idarə edəcəksiniz. Amma… mənə elə gəlir ki, fikirlərim Putinə gülməli göründü», - deyə Live Trading News Ekklstoundan sitat gətirib.