«Bundan çox narazıyam»
Hillari Klintonun email qalmaqalı ilə bağlı istintaq yenidən başlayıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Cümə günü ABŞ prezident seçki kampaniyası yeni bir «oktyabr sürpirizi» ilə qarşılaşıb. Federal Təhqiqatlar Bürosu (Federal Bureau of İnvestigation-FBI), Konqres üzvlərini Hillari Klintonun dövlət katibi olduğu dövrdə şəxsi email adresindən istifadə etməsi ilə bağlı istintaqa yenidən başladığı barədə məlumatlandırıb. Bu xəbər seçicilərin noyabrın 8-də növbəti prezidenti seçməsinə 11 gün qalmış yayılıb.
Federal Təhqiqatlar Bürosunun Hillari Klintonun email istintaqı ilə bağlı yeni məlumatı araşdırdığına dair xəbər Klinton Ayova ştatına seçki tədbirinə gəlnı zaman yayılıb.
FTB Konqres üzvlərinə yenicə aşkar edilmiş emailləri nəzərdən keçirdiyini bildirib. Bu materialların keçmiş demokrat konqresmen Antoni Vinerin «seks mesajları» göndərdiyi iddialarla bağlı aparılan ayrı istintaqla əlaqəli olaraq açılıb.
Viner Klintonun baş köməkçisi Huma Abenin ayrı yaşadığı həyat yoldaşıdır.
Klintonun respublikaçı rəqibi Donald Tramp Nyu Hempşirdə bu xəbərlərlə bağlı şərh verib.
«FTB Konqresə keçmiş dövlət katibi Hillari Klintonun istintaqı ilə əlaqəli olan yeni emaillər aşkar etdiyinə dair məktub yollayıb.»
İyul ayında FTB -nin direktoru Ceyms Komi Klintonun şəxsi email adresindən istifadə etməsini ehtiyatsızlıq kimi qiymətləndirirək, lakin bunun cinayət olmadığı haqda nəticə çıxarıldığını deyib.
«Biz dövlət katibi Klinton və ya onun həmkarlarının məxfi məlumatlarla bağlı qanunları pozmaq niyyətində olduqlarına dair dəlillər tapmasaq da, onların çox həssas, yüksək dərəcədə məxfi məlumatların saxlanılmasında son dərəcə ehtiyatsız hərəkət etdiklərinə dair sübutlar var».
Rəy sorğuları göstərir ki, seçicilər email qalmaqalı səbəbilə Klintonun etibarsız olduğunu düşünür.
Tramp uzun zamandır FTB-nin Klintonu məhkəməyə cəlb etməmək qərarını tənqid edirdi. Ancaq bu dəfə Nyu-Hempşirdə o, fəqrli bir fikir səsləndirib.
«Bu, Amerika xalqının da dərk etdiyi kimi, ədalətin pozulmasıdır. İndi isə bu səhv düzəlmək üzrədir.»
Klinton da məsələ ilə bağlı açıqlamalar verib.
«Amerika xalqı dərhal bütün və ətraflı məlumatları əldə etməlidir. Direktor özü hələ ki məktubda sözü gedən emaillərin əhəmiyyətli olub-olmadığını bilmədiyini deyib. Mən isə o emaillərin iyul ayında verilən qərarı dəyişməyəcəyindən əminəm».
Respublikaçılar FTB-nin qərarını qəbul etsə də, siyasi ekspert Ceyson Conson kimi bəziləri qərarı tənqid edir.
«Mən bundan çox narazıyam. Bu, Amerika tarixində Ədliyyə Nazirliyi bürokratının qeyri-professional, qeyri-münasib və tayı-bərabəri olmayan bir şəkildə səlahiyyətindən yanlış istifadə etməsi idi».
Keçən həftə yayılan bu xəbər onsuz da uzun və ziddiyyətli prezident seçkilərinə yeni qeyri-müəyyənlik elementi əlavə etdi.
Rəy sorğuları Klintonun həm ölkə boyu, həm də noyabrın 8-də seçkinin nəticələrini müəyyən edəcək bir çox mühüm ştatda Trampdan öndə olduğunu göstərir.