vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
22:58 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2253 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan televiziyasında bir dövrün sonu

Bu gecə Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabahdan Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçiləcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qurum əhalinin diqqətinə çatdırır ki, bu gün axşamdan etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılır. 1 noyabr tarixindən etibarən, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçiləcək.

Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri («Set-Top-Box») istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. 1 noyabrdan etibarən Bakı, Abşeron və Sumqayıt sakinləri

bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər.

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

Məlumat üçün bildirək ki, rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Xatırladaq ki, Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım dayandırılacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli «Qaynar xətt»nə zəng edə bilərsiniz.