“Qu quşları”nın qayıdışı
Bakı bulvarında məşhur fəvvarə kompleksi bərpa edilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Telefonnaya...
Nuru Paşanın adını guya əbədiləşdirdik, qalmışdı Lindley ...
-
Züy ...
İnsanları bir araya gətirən vasitə
-
2040-cı ilin Bakısı
54 km-lik tramvay xətti, istirahət zonasına çevrilmiş Böyükşor gölü
-
Qovluqlu quldurlar ...
... yaxud, yırtıcı, gənə məmurlar
-
80-ci illərin rəmzi
16 günbəzli “Şərq bazarı”nda 78 icarədar fəaliyyət göstərəcək
-
Bakının dərdi var, Bakı xəstədir...
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
-
Qadın əli...
... bir şəhərə dəyərsə, bu qədər gözəlləşə bilər
-
Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldıldı
Tarix və millət qarşısında xidməti olanları Azərbaycan xalqı qəlbində yaşadır
-
Bakılı belə danışır
Gənc tədqiqatçının yeni kitabı təqdim edilib
-
Bakı əhalisinin sayı ...
Rəsmi statistika yayıldı
-
Anomal istilər gəlir
Nazirlik xəbərdarlıq yaydı
-
Temperatur sürətlə yüksəlir
Bakıda yağmursuz və küləkli hava olacaq
-
“Alternativ vasitələr var”
Bakının mərkəzində eyvanlardan paltar asmaq qadağan edildi
-
Bayram günü cənnət havası
Mülayim cənub küləyi əsəcək
-
Əcnəbi biznesmen Bakıda lüks hotel alıb
Küveytli iş adamı Qəbələdə də iş qurmağı planlaşdırır
-
Martın 9-dan hava pisləşəcək
Nazirlik xəbərdarlıq yaydı
Avqustun 28-də Bakı bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.
Bakı bulvarındakı “Qu quşları” fəvvarəsi 1960-cı illərdə qurulub. 1960-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, o cümlədən Bakıda memarlıq kompleksləri və paytaxtın simasını dəyişən binalar inşa edilirdi. Bakı dənizkənarı parkı da hamının diqqətini cəlb edən gözəl məkana çevrildi. Azneft dairəsi ərazisində qurulan “Qu quşları” fəvvarəsi də sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanlarından biri kimi tanındı. Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə sakinlərin çox xoşuna gəldi və necə deyərlər, paytaxtın “əfsanəvi” məkanına çevrildi.
“Qu quşları” fəvvarəsinin kompozisiyası bir neçə dəfə işlənilib. 1960-cı illərin əvvəlində 7 qu quşundan və hovuzdan ibarət olan kompozisiyaya 1980-ci illərdə yeni çalarlar əlavə edildi. 1990-cı illərin əvvəlində ölkədə hökm sürən xaos və baxımsızlıq səbəbindən bir çox digər ictimai obyektlər kimi, bu ansambl da bərbad vəziyyətə düşdü. 2007-ci ildə dənizkənarı bulvar yenidən qurularkən onun yerində mərmər fəvvarə kompleksi yaradıldı. Lakin tarixi qu quşları ilə məşhurlaşan fəvvarə üçün hər zaman bir nostalji var idi.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata
keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub,
təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli
hazırlanıb. Qu quşları 1960-cı illərdə olduğu kimi, hər biri fərqli ölçüdə və fərqli
hərəkəti təsvir edərkən hazırlanıb. Fəvvarələr qurularkən işıqlandırmaya xüsusi
diqqət yetirilib. İndi bu məkan həm yerli sakinlər, həm də turistlər üçün yeni
istirahət yeri olmaqla yanaşı, keçmişdə çox sevilən bulvarın bu hissəsində yaşanan
xatirələri də canlandıracaq.
Bakının tarixi rəmzlərindən biri olan “Qu quşları” fəvvarələr kompleksinin yenidən ilkin görkəminə qaytarılması paytaxtımızın hüsnünə yaraşıq verməklə yanaşı, ənənələrin yaşadılması, müasir memarlıqda tarixi izlərin qorunub saxlanılması baxımından da əhəmiyyətlidir.