Bəs sülh anlaşması?
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
16:07 | 6 aprel 2025 | Bazar
Məqaləyə 249 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Rejim 40-gündə 40-dan az komandanını itirdi
Trampdan İrana sərt xəbərdarlıq
“Biz burada dinc yaşayırıq. Mən küçələrdə gəzirəm, qorxu yoxdur” deyən ravvin Seqal bildirib ki, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri Azərbaycanda yaşayan ravvin Şneor Seqalı öldürmək üçün Gürcüstanda fəaliyyət göstərən narkobarondan istifadə edib. Yanvarda payız üçün planlaşdırılan sui-qəsdin qarşısı alındığı da bildirilib.
Xəbərdə Aqil Aslanova yəhudi icmasının liderini öldürmək və təhsil mərkəzinə hücum etmək üçün 200 min dollar təklif edildiyi də bildirilir.
Aslanov Azərbaycanda yaşayan birisini ravvin Seqalın izləməyi tapşırıb.
Yaxın Şərq və Qərb ölkələrindəki təhlükəsizlik mənbələrinə əsaslanan xəbərlərə görə, Azərbaycanın daxili kəşfiyyat qurumu Dövlət Təhlükəsizlik Xidməti (DTX) Aslanovu və onun tərəfdaşını yanvar ayında ələ keçirib. Hər iki şəxs terror aktı törətməkdə təqsirli bilinir.
DTX bildirib ki, Aslanov “bu məqsədlə uyğun gələn telefon proqramından istifadə edərək dini icma üzvü haqqında məlumat toplamağa, onun ev və iş ünvanlarını xarici kəşfiyyat orqanının nümayəndəsinə göndərməyə cəhd edib”.
Bəyanatda ravvin Seqalın – yəhudi icmasının liderinin hədəf alındığını yazıb.
Ravvin Seqal “The Washington Post” qəzetinə deyib ki, o, bu məsələ ilə bağlı heç bir məlumatı olmayıb və sui-qəsd planını media vasitəsilə öyrənib.
Tehran bundan əvvəl də oxşar sui-qəsd və hücum cəhdlərində ittiham olunub.
2023-cü ildə azərbaycanlı deputat Fazıl Mustafa Kalaşnikov avtomatı ilə sui-qəsd cəhdindən sağ çıxıb. “Terror hücumu” kimi səciyyələndirilən hücumdan danışan millət vəkili İranı Azərbaycan ərazisində dini qarşıdurma yaratmağa çalışmaqda ittiham edərək, insidentə görə İranın məsuliyyət daşınıdığını deyib.
Almaniya prokurorları 2023-cü ildə İranın ölkədəki sinaqoqlara və məktəbə hücumlar etmək üçün cinayətkarlardan istifadə etdiyini iddia edib.
2024-cü ilin martında Peru polisi SEPAH-ın Qüds Qüvvələrinin üzvü olan bir iranlını İsrail vətəndaşını öldürməyə cəhd etdiyi üçün həbs etdi.
ABŞ-da yaşayan iranlı dissident jurnalist Mesih Əlinejadı öldürmək üçün SEPAH tərəfindən 500 min dollar ödəndiyi iddia edilən Rafət Əmirov və Polad Ömərov da keçən ay Nyu-Yorkda təqsirli bilinib.
2024-cü ilin noyabrında BƏƏ-də itkin düşdüyü bildirilən 28 yaşlı ravvin Zvi Koqanın cəsədi tapılıb.
Hadisə ilə bağlı axtarışda olan 3 Özbəkistan vətəndaşı Türkiyədə yaxalanıb.
BƏƏ-də girov götürüb Omana keçirmək istəyərkən ravvini öldürən şübhəlilər barəsində keçən həftə ölüm hökmü çıxarılıb.
İsrailin “Haaretz” qəzetinin BƏƏ-dəki mənbələri Koqanın İranla əlaqəli bir qrup tərəfindən qaçırılmış ola biləcəyini irəli sürüb. Bundan sonra İsrailin ictimai yayımı KAN bəyan edib ki, Tehranla əlaqəni dəqiqliklə müəyyən etmək mümkün deyil.