vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
12:59 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1093 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sən mənim canım...»

ABŞ seçkilərində xətir-hörmət mərhələsi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Financial Times» yazır ki, prezident Barak Obama Hillari Klintonu dəstəkləmələri üçün qaradərili seçicilərə təcili müraciət edib. O xəbərdarlıq edib ki, bu seçkidə Hillari Klinton qalib gəlməsə, onun bir prezident kimi son səkkiz ildə qaradərili əhali üçün qazandığı nailiyyətlər itə bilər.

Qəzet rəy sorğularına əsasən yazır ki, qaradərili elektoratın fəallığı Barak Obamanın seçilməsi zamanı olduğundan çox aşağıdır.

Məhz buna görə də cənab Obama xəbərdarlıq edib ki, Donald Tramp prezident seçilərsə, onun qaradərili əhali üçün həyata keçirdiyi islahatlar geri döndərilə bilər.

Məqalədə deyilir ki, Hillari Klinton qarşıdan gələn seçkidə özünün əsas ümidlərini qaradərili və ispandilli elektoratın səslərinə bağlayıb.

Obama elektorata müraciətində deyib ki, son hesablamalara görə ispandilli elektoratın Klintona dəstəyi yüksəlib, lakin qaradərili seçicilərin dəstəyi arzu olunan səviyyədə deyil.

Cənab Obama bu müraciəti qaradərili dinləyicilər arasında populyar olan Tom Coyner «Morning Show» radio proqramında edib.

«The New York Times» qəzetinin yazdığına görə Florida ştatında qaradərili seçicilər arasında erkən səsvermə dörd il bundan əvvəlki ilə müqayisədə 10 faiz azalıb.

Amerika qanunları seçicilərə seçkiyə bir qədər qalmış vaxtından əvvəl səs vermək hüququ tanıyır və bu proses «erkən səsvermə» adlanır.

Məqalədə deyilir ki, Florida ştatı bu seçkinin müqəddəratında əsas rol oynayacaq və Klintonun burada qalib gəlməsi Trampın Ağ Evə gedən bütün yollarını bağlayacaq.

Daha bir mühüm ştatda, Şimali Karolinada qaradərililər arasında erkən səsvermə 2012-ci illə müqayisədə 16 faiz azalıb.

Bu ştat da xanım Klintonun qələbəsi üçün xüsusi önəm daşıyır.

Prezident Obama deyib ki, onun qulağına çatan məlumatlara görə Donald Tramp seçkidə qalib gələrsə, onun Ağ Evdə ilk həftələrdə gördüyü əsas iş Obama islahatlarının üstündən xətt çəkmək olacaq.

Burada söhbət əsasən də Barak Obamanın ədliyyə sisteminə etdiyi dəyişikliklərdən gedir. Bu dəyişikliklər ədliyyə sistemində qaradərililərə qarşı diskriminasiyaya, qaradərili şəxslərin lüzumsuz həbslərinə və üstlərinin axtarılmasına son qoymaq məqsədi güdür.

Barak Obama deyib ki, əgər qaradərili icma onun xətrini həqiqətən də istəyirsə, Trampın onun siyasi irsinin üstündən xətt çəkməsinə yol verməməlidir.

«Mən bilirəm ki, indi bəziləri bərbərxanada və ya gözəllik salonlarında oturub deyirlər ki, «biz Barakı çox sevirik, Mişeli xüsusilə çox sevirik. O seçiləndə həyəcanlı idik, amma indi o qədər də həyəcanlı deyilik və sair». Bilirsiniz nə var? Mən istəyirəm ki, hamı başa düşsün. Bizim etdiyimiz nə varsa hamısının taleyi bütün bunları mənim kimi düşünən birisinə təhvil verə bilməyimdən asılıdır» - deyib prezident.

«Financial Times» yazır ki, cənab Tramp habelə Barak Obamanın həyata keçirdiyi səhiyyə sığortası sistemini də ləğv edə bilər.

Təhlilçilər bildirirlər ki, qaradərili elektoratın və ya Latın amerikalılarının dəstək verməməsi Hillari Klinton üçün vahiməli yuxudur.