vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
10:45 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 1959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TPP nədir?

Tərəfdaşlığın ABŞ üçün önəmli olan səbələri…

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, hakimiyyəti dövr alan kimi «Trans-Pacific Partnership» (TPP) (Trans-Sakit Okean tərəfdaşlığı) ticarət anlaşmasından çıxacağını vəd edib.

12 ölkə tərəfindən fevral ayında imzalanmış TPP dünya iqtisadiyyatının 40 faizini təşkil edir. Lakin bunu hər 12 ölkə təsdiq etməlidir və cənab Trump-ın şərhləri bunun baş tutmayacağını göstərir.

Prezident Barak Obama ticarət anlaşmasına çox əhəmiyyət verirdi. Lakin ABŞ-ın rəqibləri TPP-nin başqa ölkələrin suverenliyi və iş yerləri hesabına gizli biznes anlaşması olduğunu düşünürlər.

 

TPP xülasəsi

 

Üzv ölkələrə ABŞ, Yaponiya, Malayziya, Vyetnam, Sinqapur, Bruney, Avstraliya, Yeni Zelandiya, Kanada, Meksika, Çili və Peru daxildir.

Paktın məqsədi sözügedən dövlətlər arasında iqtisadi bağları gücləndirmək, tarifləri qaldırmaq və ticarəti inkişafına təkan verməkdən ibarətdir.

Üzvlər həmçinin iqtisadi siyasət və nizam münasibətlərini də gücləndirməyə ümid edirdilər.

Razılıq, potensial olaraq Aİ (Avropa İttifaqı) kimi bir bazar təşkil etmək üçün yaradılıb.

 

TPP nə dərəcədə gücə malikdir?

 

Çox böyük. 12 ölkənin ümumilikdə təxminən 800 milyon əhalisi var. Bu, Avropa İttifaqı ölkələri əhalisinin ümumi sayından demək olar ki, iki dəfə çoxdur. 12 dövlət, artıq dünya ticarətinin 40%-ə cavabdehdir.

Anlaşma, bütün üzv ölkələr içində müxtəlif yanaşma və standartlara uyğun olaraq, böyük uğur kimi qiymətləndirilib. Buraya ətraf-mühiti müdafiə, işçilərin hüquqları və tənzimləyici bağlılıq, eləcə də, bəzi ölkələrin müəyyən sənayeləri üçün xüsusi müdafiə daxildir.

Bu səbəbdən də, ABŞ-ın razılıqdan çıxması imza sahibi ölkələr üçün zərbə hesab edilir.

 

Hansı mallar və xidmətlər daxildir?

 

TPP-də sözügedən ölkələr arasındakı ticarətdə istifadə olunan əksər mallar və xidmətlər, amma, bütün tariflər - idxalda yaranan vergilər - daxil deyil və bəzi tariflərin aradan qaldırılması digərlərindən daha uzun vaxt alacaq. Ümumən 18000 tarifə təsir olacaq.

Misal üçün, imza atan ölkələr tarifləri və kənd təsərrüfatı məhsulları və sənaye malları üzərində məhdudlaşdırıcı qaydaları ya tamamilə, ya da qismən azaldacağını bildirib.

Razılığa əsasən, ABŞ-da istehsal olunan mallar və ABŞ təsərrüfat məhsulları üzərindəki tariflər tamamilə qaldırılacaq.

Tekstil və geyim malları üzərindəki tariflər də qaldırılacaq, lakin ABŞ Ticarət Nümayəndəsinin dediyinə görə, bunların əksəriyyəti anlaşma təsdiqlənən kimi tətbiq olunacaq. «Bəzi həssas məhsulları üzərindəki tariflər, TPP tərəfləri arasındakı razılığa əsasən, daha uzun vaxt ərzində aradan qaldırılacaq.»

Onlar azad ticarətin çox yaxşı bir şey olduğunu vurğulayır və bəzi sahələrdə ticarət, həm də liberallaşdırılacaq.

 

Bu nə zaman başladı?

 

Bu, 2006-cı ildə qüvvəyə minən 4 dövlət arasında - Bruney, Çili, Yeni Zelandiya və Sinqapur - P4 ticarət razılığı ilə başlayıb.

Anlaşmaya əsasən, adı çəkilən ölkələr arasında satılan mallar üzərindən tariflər aradan qaldırıldı. Onlar daha artıq güzəştlərin edilməsi və eyni zamanda, məşğulluq təcrübəsi, əqli mülkiyyət və rəqabət siyasəti kimi geniş məsələlərdə əməkdaşlıq öhdəliyi götürdülər.

 

Tənqidçilər nə deyir?

 

TPP-nin qüvvəyə minməməsindən bir çoxu məmnun olacaq.

Tənqidçilər Çinin TPP-də yer almamasından bəhs edirlər. Çin isə öz növbəsində TPP anlaşmasını birmənalı qarşılamadı və TPP-nin baş tutmaması Çini qalib çıxardacaq.

Bəziləri deyir ki, bu, səhiyyə və təhsil kimi dövlət tərəfindən təmin edilən xidmətlər üzərində də dəyişiklik edilməsi üçün şirkətlərin məhkəməyə baş vurması üçün yol açacaq.

TPP, həm də ölkələrin işçi qüvvəsi arasında artan rəqabət kimi görünür.

Amma ən böyük tənqid, iştirakçıların gizli danışıqlar apardığı barədədir.

Anlaşmanın tərəfdarları isə deyir ki, danışıqların ictimaiyyətə açıqlanmamasının səbəbi, rəsmi razılığın əldə olunmamasından irəli gəlir.

TTIP (Transatlantic Trade and Investment Partnership) ilə eynidirmi?

Yox.

TTIP kimi tanınan Transatlantik Ticarət və İnvestisiya Əməkdaşlığı ABŞ və Aİ ölkələri arasında olan tariflər və tənzimləyici baryerləri aradan qaldıran razılıqdır.

 

Növbədə nədir?

 

Donald Trampın qələbəsindən bəri, anlaşma sual şəklini alıb.

Anlaşma müqaviləsi hər 12 ölkə tərəfindən imzalanmalı və sonra təsdiq edilməlidir. Anlaşmanın hissələrinin ölkələr üzrə tətbiqi qanunvericiliklərinə uyğun müəyyən olunacaq.

Qanuna minməsi üçün anlaşmaya 2018-ci ilin fevralınadək ən az 6 ölkə tərəfindən razılıq verilməlidir. Bu isə Yaponiya və ABŞ-sız baş tutmayacaq.

Amma cənab Trampın vədlərinə əsasən, əgər müzakirəyə çıxarılarsa, Konqres bundan imtina etməli olacaq.

Yeni Zelandiya da daxil olmaqla bəzi ölkələr, ABŞ-sız da anlaşmanın həyata keçəcəyinin mümkünlüyünü açıqlayb. Cənab Trampın razılığa gəlməsi üçün bəzi müddəalarda dəyişiklik edilə biləcəyi barədə də, səthi müzakirələr edilib. «Trump Tower»dən gələn əks-səda isə bunu göstərmir.

Yaponiyanın baş naziri Şinzo Abe ABŞ-sız - və onun 250 milyonluq istehlakçısı olmadan - TPP-nın «mənasız» olduğunu deyib.