vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AKTUAL  
22:59 | 19 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 612 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın Ankaradakı səfiri öldürüldü

Qatil «buraya ölməyə gəldim, Hələbdəki qətliamın qisasını almaq üçün gəldim» deyərək qışqırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ankarada Rusiya səfirinin qətlə yetirildiyi anlarda sərgi mərkəzinin ətrafındakı hərəkətliliyi əks etdirən video yayımlanıb.

***

 

22:19

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən polis əməkdaşı Mevlüt Mert Altıntaşın yerdə yaralı halda uzanmış səfiri güllələdiyi anın fotosu yayımlanıb.

 

***

 

22:09

Türkiyəli «Twitter» istifadəçiləri Rusiya səfirini öldürmüş gəncin doğrudan da polis işçisi olduğunu bildiriblər.

Səfir Andrey Karlovu qətlə yetirmiş şəxsin polis formasında akademiya məzunu fotosu yayımlanıb.

 

***

 

21:52

Səfir Andrey Karlovu qətlə yetirən terrorçunun öldürüldükdən sonrakı fotosu yayımlanıb.

Mənbənin bildirildiyinə görə, gənc azı 20 güllə yarası alıb.

 

***

 

21:29

Rəsmi Vaşinqton Ankarada Rusiya səfiri Andrey Karlova silahlı hücumu qınayıb. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, Kirbi deyib: «Biz Rusiyanın Türkiyədəki səfirinə hücum barədə xəbərləri görmüşük. Biz bu zorakılıq aktını, mənbəyi kim olursa olsun, qınayırıq».

Kirbi qeyd edib ki, «öz düşüncələrimizdə və dualarımızda biz onun və ailəsinin yanındayıq».

 

***

 

21:10

«RİA Novosti» agentliyi xəbər verir ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlov aldığı güllə yaralarından keçinib.

Onun xəstəxanada, yoxsa hadisə yerində keçindiyi dəqiqləşdirilmir. Şahidlərin bildirdiyinə səfirin elə hadisə yerindəcə keçindiyi təxmin olunur, çünki terrorçu onu il atəşdə yaraladıqdan sonra başından kontrol atəşi də açıb. Səfir yerdə hərəkətsiz qalıb.

 

***

 

21:08

«Fox» telekanılının son dəqiqə məlumatına görə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu güllələyən şəxs saxlanılmayıb, polislər tərəfindən güllələnib.

Onun «Buraya ölməyə  gəldim, Hələbdəki qətliamın qisasını almaq üçün gəldim» deyə qışqırdığı bildirilir.

Bu hadisə Moskvada Türkiyə və Rusiya xarici işlər nazirləri arasında sabah nəzərdə tutulan danışıqlar ərəfəsində baş verib.

 

***

 

21:02

Kreml Ankarada fotosərginin gedişində Rusiyanın Türkiyədəki səfirinin gellələnməsi ilə bağlı xəbərləri yoxlayır. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezident Putin hadisə ilə bağlı məlumatlandırılıb. «O, Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının məsələ ilə bağlı məruzələrini gözləyir», - Peskov deyib.

 

***

 

20:50

Virtualaz.org Türkiyə telekanallarına istinadən xəbər verir ki, Rusiyanın Ankaradakı səfirini güllələyən şəxs tək olub, o, artıq saxlanılıb.

Hadisə yerinə çoxsaylı xüsusi təyinatlı polis qüvvələri, zirehli texnika cəlb edilib. Daxili işlər naziri Süleyman Soylu, Ankara valisi, digər rəsmilər hadisə yerindədir. Şahidlərdən birinin bildirdiyinə görə, səfirə atəş açan şəxs mülki geyimdə, kostyum və qalstukda olub.

Belə görünür ki, o, səfirin qatıldığı mərasimə daxil olmaq üçün rəsmi geyim seçib. Həmin şəxsin kimliyi haqda məlumat verilmir, ancaq onun türkcə danışdığı, səfirə atəş açandan sonra «Biz sizin kimi uşaqları öldürmürük» qışqırdığını, zalda panika yarandığını deyib. Şahidlərin bildirdiyinə görə, səfirə bir neçə dəfə atəş açılıb və o, hərəkətsiz halda yerə yıxılıb.

 

***

 

20:38

Bu dəqiqələrdə Türkiyə telekanallarının yaydığı xəbərə görə Rusiyanın Ankaradakı səfirinə silahlı hücum olub.

Virtualaz.org xəbər verir ki, səfir Andrey Karlov ağır yaralanıb və xəstəxanaya aparılıb. Diplomatın Ankarada müsir inxəsənət sərgisinə baş çəkərkən güllələndiyi xəbər verilir. Səfir mərasimdə çıxışını başa vurduqdan sonra hələlik kimliyi məlum olmayan şəxs ona  arxadan atəş açıb, ardınca Karlova daha bir güllə vurub.