Fransada xaos
“Arvadı Makronun zəifliyindən yorulub, cilovu ələ keçirməyə çalışır”
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
Makronu devirmək üçün ilk addım
Fransanın radikal solçuları hücuma keçib
-
Makrona bəd xəbər
İmpiçment qanun layihəsi parlament komissiyasında müzakirəyə çıxarılacaq
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
110 min nəfərlik etiraz yürüşü
Fransada Makron əleyhinə nümayişlər getdikcə kütləviləşir
-
Fransızlar küçələrə axışdı
Makronun Barnieri baş nazir təyin etməsi xalqın kütləvi etirazlarına səbəb oldu
-
Le Pendən asılı olan Makron
Radikalların yüksəlişini dayandırmaq üçün parlament buraxan prezidentin baş naziri ifrat sağın nəzarətindədir
-
Makron tutduğunu buraxmadı
Fransa prezidenti solçuların vahid namizədini imtina edib və sağçı Barnieri baş nazir qoydu
-
Solçu ittifaqdan Makrona ittiham
“Ölkəni özünün qurduğu çıxılmaz vəziyyətə sürükləyir”
-
... Hökumət yoxdur
Dövlət borcu xirtdəyə dirənən Fransada bu ay büdcə tərtib olunmalıdır, amma ...
-
Makronu girələyən əcəl
Fransa prezidentinin impiçmenti ilə bağlı 186 mindən çox imza toplanıb
2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Fransa son zamanlar təhlükəsizlik problemləri ilə gündəmdədir. Britaniya mətbuatı iddia edir ki, Fransa liderinin zəif və uğursuz gedişləri səbəbindən onun həyat yoldaşı Bricit Makron işə düşüb.
Britaniya mediasının yazdığına görə, Fransa prezidenti Emmanuel Makron mart ayında Marseldə olarkən narkotik ticarətinə qarşı mübarizə aparacağını vəd edərək şəhərin bəzi hissələrini döyüş meydanına çevirən qanqsterləri hədələyib. Bu təhdidlərdən necə deyərlər cinayətkarların tükü də tərpənməyib.
***
Cinayətkarlar hədələrə qarşı özünəməxsus cavab veriblər. Belə ki, keçən həftə 13 cinayətdə mühakimə olunan “Milçək” ləqəbli məhbus Məhəməd Əmrəni daşıyan həbsxana avtomobili pusquya salınıb. Cinayətkarın qaçırılması ilə nəticələnən hücum zamanı güllə yarası alan 2 mühafizəçinin hadisə yerində ölüb, 3-ü isə ağır yaralanıb.
Makron məsələni yaxından nəzarətdə saxlayacağını deyib. İnterpol tərəfindən bir nömrəli həyəcan siqnalı verilməsinə və 500 polisin səfərbər edilməsinə baxmayaraq, Əmrə və onun əlaltılarından əsər-əlamət yoxdur.
Fransa mətbuatında “biabırçı” hadisəyə reaksiyalar artır. “CNEWS” həbsxana polislərinin “su silahı” ilə təchiz olunduğunu deyərək prezidenti tənqid edib.
***
Digər tərəfdən Fransanın Yeni Kaledoniyasında səsvermə qanununun dəyişdirilməsinə etirazlar küçələri döyüş meydanına çevirib.
Fransa hökumətinin dəstəklədiyi səsvermə islahatlarına qarşı etirazlarda ən azı 5 nəfər ölüb. Makron zorakılığa son qoymaqda qərarlı olduqlarını vurğulayıb və artan gərginliyi görə 12 gün davam edəcək fövqəladə vəziyyət elan etdi.
***
Dünən Fransanın paytaxtı Parisin şimal-qərbində yerləşən Rouen şəhərində sinaqoqu yandırmağa cəhd edən şəxs polis tərəfindən güllələnərək öldürülüb.
***
Paris 69 gün sonra dünyanı 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Bu, Makron üçün qlobal səhnədə parlamaq üçün əla fürsət ola bilər. Lakin təhlükəsizlik rəsmiləri dünyanın ən məşhur idman qarşılaşmalarının cinayətkarlar üçün fürsət yarada biləcəyindən qorxurlar.
Britaniya mətbuatı yazır ki, fransız xalqı Makronun asayişi qoruya bilməməsini açıq şəkildə görür.
“Makron daha zəif görünə bilməzdi” deyən “The Daily Mail” qəzeti Fransa lideri haqqında belə yazıb: “O, gələn ay keçiriləcək Avropa Parlamenti seçkilərində partiyasının getdikcə dərinləşən çöküşünü geri qaytara bilməsə, uğursuzluğa məhkum olacaq”.
***
Makronun özündən 24 yaş böyük olan həyat yoldaşı Bricit Makronun baş verənlərdən son dərəcə narahat olduğu və cilovu ələ almağa çalışdığı bildirilir.
Parisdən olan mənbələr məlumatına görə, birinci xanımın o qədər qəzəblənib ki, ərinin baş məsləhətçilərini ləğv etməyə çalışıb. Onlar bunu “Madam qanadının qisası” adlandırıblar.
“The Daily Mail” qəzeti yazır ki, Bricit Makron ərindən sərt mövqe nümayiş etdirməsini tələb edib və bunun üçün Fransa liderinin yumruq torbasını yumruqlayarkən görüntü vermək ideyasını irəli sürüb. Qəzetin məlumatında “Madam Makron bacarıqsız ərindən bezib. Parisdə bəziləri onun qulağına ərinin ətrafını cilovlamağa çalış deyə pıçıldayır”.