vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
16:53 | 6 yanvar 2017 | Cümə Məqaləyə 1334 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Antarktidada nəhəng aysberq qırılır

Bütün buz dənizə daxil olsa, dəniz səviyyəsi 10 sm arta bilər

Tarixən müşahidə edilmiş 10 ən böyük aysberqlərdən biri Antarktidadan qırılmaq üzrədir, alimlər deyib. «Larsen C» şelf buzlağındakı çat birdən-birə dekabr ayında sürətlə böyüyüb və nəticədə 5 min kvadrat kilometr buzlaq hissəsini yerində saxlamağa qalan buzdan yalnız 20 kilometr qalıb.

«Larsen C» şelf buzlağı Antarktidanın şimal hissəsinin mühüm şelf buzlağıdır.

«Swansea» universitetindən alimlər deyirlər ki, bu hissənin qırılması şelf buzlağının gələcəkdə parçalanmasına yol verəcək.

Qərbi Antarktidanın ucunda yerləşən «Larsen C» şelf buzlağı təxminən 350 metr qalınlığındadır və onu qidalandıran buzlaqların axınını yavaşladır.

«Larsen A» şelf buzlağının 1995-ci ildə və «Larsen B» şelf buzlağının 2002-ci ildə parçalanmalarından sonra alimlər illərdir ki, «Larsen C»ni qorxu ilə izləyirlər.

«Əgər o bir neçə ay ərzində qırılmasa mən təəccüblənərəm», - «Swansea» universitetindən professor Adrian Luckman BBC-yə deyib.

Profesor Lakman deyir ki, qırılacaq şelf buzlağı hissəsi təxminən 5 000 kvadrat kilometr olacaq və bu müşahidə edilən 10 ən nəhəng aysberqlərdən biridir.

Alimlər bunu iqlim dəyişikliyi yox, coğrafi hadisə adlandırır. Çat on illərdir mövcuddur və təsadüfən indi sürətlə böyüməyə başlayıb.

Alimlər həmçinin iqlim dəyişikliyinin də buzun qırılmasını sürətləndirdiyini düşünürlər, lakin bunu isbat edən dəqiq dəlil hələ ki, yoxdur.

Ehtimallara görə, «Larsen C»nin özündə saxladığı buzun hamısı dənizə daxil olsa, qlobal dəniz səviyyəsi 10 santimetr arta bilər.

Bunların hamısı gələcəkdədir. Antarktidanın buzlu sahilində baş verəcək dəyişiklikdən başqa hər şeyi proqnozlaşdırmaq çətindir.