«Yazıçı Arakelyan Tələt Paşa kimi öldürüləcək»
«Bakı sülh platforması» Sərkisyan rejiminin dayaqlarını laxladır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qanı qarışmışlar”
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
-
Müxalifətin deputat mandatları alına bilər
Köçəryanla Sərkisyanı partiyalarını Ermənistan parlamentindən qovurlar
-
... Xalqa atəş açır
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
-
Saakyan Paşinyana niyə inanmır?
Separatçılar baş naziri müvəqqəti fiqur sayırlar
-
Yeni detal nədir?
Sərkisyanın istefasından keçən 1 ildə ...
-
“Heç kimə bəlli deyil”
Petrosyan Paşinyanın Qarabağ proqramından danışdı
-
Paşinyanın səfəri heç nəyi dəyişməyəcək
İran Ermənistan ərazisindən qaz nəql etmək niyyətində deyil
-
“Axsaq atın kor nalbəndidir”
Yaxud Ermənistan hökumətinin proqramı - müxalifətin ilk çıxışı, maliyyə problemi
-
…Paşinyan bataqlıqdan necə çıxmağı düşünür?
Ermənistanın baron Münhauzeni xatırladan rəhbəri …
-
Ter-Petrosyan hakimiyyətə gəlir
Köçəryanın azad olunması çətinləşir
-
Ohanyan Sərkisyanı satıb?
Hadisələr həbsə doğru gedir ...
-
Köçəryana qarşı ifadələr?!
İrəvanda yüksək vəzifəli məmurlar dindirilir
-
Sərkisyan 5 saat dindirildi
Eks-prezident 10 nəfərin ölümündə günahlandırlır
-
Köçəryan Sərkisyanı da bitirir
Əsas rıçaqlar birincinin əlindədir
-
Siyasi parçalanma
Ermənistanın daxili reallığının bir aspekti
-
Köçəryan siyasətə hansı güclə qayıdır?
“Qarabağ klanına” və ruspərəst qüvvələr …
«Bakı sülh platforması»nı dəstəkləyən hüquq müdafiəçilərinə Ermənistan tərəfindən fiziki divan təhdidi ilə müşayiət olunan vətənə xəyanət ittihamının yeni fırtınası başlayıb.
Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, bu dəfə bu fırtınanın hədəfi erməni yazıçı-publisisti Arakel Arakelyan (Geheni Araqel) olub.
Xatırladaq ki, Arakelyan haqqin.az və virtualaz.org saytlarına verdiyi müsahibəsində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti fəallarının sülh səylərini alqışlamış və Sərkisyanın cinayətkar rejimini dağıdıcı tənqidə məruz qoymuşdu. Həmin müsahibənin dərcindən dərhal sonra yazıçının «Facebook» səhifəsində erməni millətçilərinin növbəti isterikaaı başlandı.
Sərkisyana yaxın KİV-lər və bloggerlər Azərbaycan və Ermənistan arasında sülhə çağıran digər fəallar kimi onu da «satqınlar» siyahısına saldılar.
«Siz bizim əsgərlərimizin başlarını kəsən, onları balta ilə öldürən ölkənin KİV-i və əlaqə saxlayır, sonra da sizin mövqeyinizi anlamağı təklif edirsiniz..?», - deyə Samvel Asatryan adlı birisi yazıb.
Təbii ki, Sərkisyan tərəfdarlarının təbliğatından məst olmuş bu yalançı vətənpərvər yazıçıdan yazdıqlarına adekvat cavab alıb.
«Hörmətli Samvel, bəs Ermənistanda 25 ildir bizim uşaqlarımızın öldürülməsinə sizin mövqeyinizi necə anlayaq? Yəqin, siz buna öyrəşmisiniz», - Arakelyan yazıb.
Millətçi «Daşnaksutyun» partiyasının tərəfdarları da bu təhdidlərdən kənarda qalmayıblar. Əksinə, onlar daha aqressiv davranaraq Arakelyanı xaricdə tapacaqlarını və onu Tələt Paşa kimi öldürəcəklərini bildiriblər.
Ancaq tarixi əla bilən yazıçı daşnaklar üçün də tutarlı və layiqli cavab tapıb: «Siz bilirsinizmi daşnaklar neçə milyon erməni öldürüblər? Mən bilirəm, siz isə görünür, bilmirsiniz, ona görə də bu gün daşnaksutyun tribunasından onları tərifləyirsiniz».
Əlbəttə, məşhur yazıçını qorumağa çalışan sağlam düşüncəli insanlar da tapılıb. Məsələn, İnternetin aktiv istifadəçisi Nora Samanyan yazıb: «Əziz Arakel, ruhdan düşməyin, onlar sadəcə satqınları görmürlər, hansılar ki, ölkənin daxilində oturublar, buna görə də öz qəzəblərini xaricdə yaşayan ermənilərə tökürlər».
Onu Anjelika Asatryan da dəstəkləyib: «Mən anlamıram, niyə siz hamınız bu insanın üstünə düşmüsünüz? Siz bəyəm onun müsahibəsinin mahiyyətini anlamırsınız? Orada hansı göndərmələr və fikirlər var? Bir az daha diqqətli olun!»
Qeyd edək ki, Sərkisyan tərəfdarı olan KİV və bloggerlər tərəfindən belə təcavüzkar hücumlara, istisnasız olaraq, «Bakı platforması»nın iştirakçıları və onları dəstəkləyənlərin hamısı məruz qalır.
«Bakı platforması»na belə qəddar reaksiya bir daha sübut edir ki, Sərkisyan rejiminin məharətlə dəstəklədiyi Qarabağ münaqişəsinin həllinə çağıran sülh carçılarının sayının və tərəfdarlarının artması onun cinayətkar hakimiyyətinin bünövrəsini getdikcə daha çox və daha sürətlə laxladır.