Köçəryan siyasətə hansı güclə qayıdır?
“Qarabağ klanına” və ruspərəst qüvvələr …
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
Robert Köçəryan ən mənfi “titullara” layiqdir, ancaq o hər nədirsə təhlükəli siyasi fiqurdur. O sıradan biri deyil, Azərbaycan torpaqlarının işğalını və etnik təmizləməni təşkil edənlərdən biridir, SSRİ və sonra Rusiyanın Xankəndidəki hərbi qüvvələrini öz tərəfinə çəkən şəxsdir, bunu bacarmaq isə xüsusi yaltaqlıq və inandırıclıq qabiliyyəti tələb edir.
Mən 1990-cı illərin sonunda həm Robert Köçəryana, həm də Serj Sərkisyana müxtəlif suallar vermişəm və aldığım cavablardan gəldiyim qənaət budur ki, Köçəryan siyasi fiqur olaraq Sərkisyanı üstələyir. Elə ona görə də baş nazir Nikol Paşinyanı aşırtmaq istəyən “Qarabağ klanına” və Ermənistandakı ruspərəst qüvvələrə Köçəryan başçılıq edəcək. İstisna etmirəm ki, Köçəryan keçmiş müttəfiqi Daşnaksütun Partiyası ilə artıq danışıqlara başlayıb. Məhz bu partiyanın deputatları prokurorluğa müraciət etmişdilər ki, Köçəryan həbsdən azad edilsin. Həmin deputatların parlamentdə Paşinyanın əleyhinə səs vermələri yetərlidir ki, indiki baş nazir hakimiyyətini itirsin.
Köçəryanın həbsdən sonrakı müsahibəsindəki fikirlər həqiqətdən uzaq deyil. Deyir ki, Azərbaycanda Surət Hüseynov qiyam qaldırmasaydı biz Azərbaycanın torpaqlarını işğal edə bilməzdik. Yanlışmı deyir? Deyir ki, Paşinyan siyasətdə təcrübəsizdir, ordunun nəbzini duya bilmir, bölgədəki geosiyasi proseslərdən başı çıxmır və bu da Ermənistanın kövrək balaslaşdırılmış siyasətinin məhvinə gətirib çıxara bilər. Ermənistanın eks-prezidenti Rusiya-Amerika münasibətlərindəki gərginliyi, İrana qarşı artan sanksiyaları, Türkiyə-Azərbaycan müttəfiqliyinin güclənməsini, hətta Gürcüstanın NATO üzvlüyünə yaxınlaşmasını Ermənistan üçün ciddi təhdidlər kimi dəyərləndirir. Köçəryan bu fikirlərində də haqsız deyil.
Beləliklə, Paşinyan yaxın günlərdən başlayaraq enerjisinin bəlkə də əsas hissəsini Köçəryanın simasında yeni formalaşacaq müxalifətlə mübarizəyə sərf etməli olacaq.