«Ac dünya heç vaxt sağlam dünya ola bilməz»
Dünya Ərzaq Proqramının «yol xərtiəsi» hazırlanıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezident Davosdadır
İlham Əliyev Dünya İqtisadi Forumunun rəhbəri ilə görüşdü
-
«İpək Yolu qlobal layihədir»
İlham Əliyev: «Bu təkcə şirkətləri, ölkələri yox, həm də insanları birləşdirəcək»
-
Davos forumunda fövqəladə hadisə
İştirakçılar otellərinə geri dönə bilmir
-
2017-ci ilin əsas təhlükələri
Dünya İqtisadi Forumunun ekspertlərindən açıqlama
-
«Qarşımızda seçim yoxdu»
««Assosiasiyaya girmiş üzv» - bu necə tərəfdaşdır?»
-
Proqram açıqlanıb
Davos Forumu çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq
-
«İsrail qırmızı xətti keçdi»
-
Dünya Ərzaq Proqramının (DƏP) icraçı direktoru Ertarin Kazin Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək, 2030-cu ilə qədər bütün dünyada aclığın kökünün kəsilməsinə dair «yol xəritəsi» – konkret kollektiv tədbirlər planı təqdim edib.
Ertarin Kazin biznesmenlərə xatırladıb ki, müasir bolluq dünyasında 800 milyona yaxın insan doyunca yeməməkdən və aclıqdan əziyyət çəkir.
Azərtac BMT Xəbər Mərkəzinə istinadla bildirir ki, E.Kazin deyib: «Ac dünya heç vaxt sağlam dünya ola bilməz». Onun fikrincə, aclığın kökünü artıq indiki nəslin həyatı dövründə kəsmək mümkündür, lakin bunun üçün bütün beynəlxalq birliyin səyləri birləşdirilməlidir.
DƏP rəhbəri beynəlxalq korporasiyaların, milli biznes şirkətlərinin liderlərini dünyada aclığa qarşı mübarizənin innovasiyalı metodlarına qoşulmağa, ehtiyacı olan insanların qida məhsulları, ərzaq vauçerləri və maliyyə vəsaitləri ilə təmin edilməsi layihələrini dəstəkləməyə çağırıb.