10 milyon təklif edən «elçiləri» qovubmuş...
Bakıda bir gecəyə sökülən otelin sirri açıldı
Rasim ƏLİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Növbəti 5 ildə necə olacaq?
Neft gəlirlərimiz haqda düşüncələr ...
-
“Neftsizliyə” immunitet ...
Xərclərə ciddi və şəffaf nəzarət hər şeydən önəmlidir
-
Fondun mənfəəti astronomik artıb
3 ay ərzində illik proqnozun 45 faizi yerinə yetirlib
-
Bakıya cavabdeh Bakı olmalıdır
Yaxud sağ əlin sol əldən xəbəri yoxdur
-
Şıx çimərliyində şlaqbaumları götürüldü
Sahibkarlara xəbərdarlıq edilib: “Yalnız xidmətə görə pul almaq olar”
-
Merdən “təmiz əl” xəbərdarlığı
Eldar Əzizov Meriyanın məmurlarını həbslə hədələdi
-
... Bağça müdirlərinə xəbərdarlıq
Meriyada keçirilən müşavirədə ...
-
İtirilən yaşıl milyonlar...
Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı
-
“Kupça”sız mənzil qalmayacaq
İlham Əliyevin inqilabi fərmanı
-
Eldar Əzizov baş direktoru qovdu
Şiddətli töhmət və sonuncu xəbərdarlıq işə yaramadı
-
“Heç bir gecikmə olmayıb”
“Azərsu” Meriyanın ittihamlarına cavab verdi
-
“Kollektorlar vaxtında açılmadı”
Meriya “Azərsu”nu günahkar çıxrdı: ““Azərsu” fövqəladə hallara hazır deyil”
-
Deputatdan narazılıq
“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?”
-
Bakıda söküntü skandalı
İstintaqa cəlb olunanların siyahısı böyüyə bilər
-
“Hər hansı təsəvvür yoxdur”
Meriya prezidentin imzalayacağı sərəncamı gözləyir
-
Gül bayramı ləğv edilib?
Bakı Meriyasından açıqlama
Bakının Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsi ilə üzbəüz) yerləşən «Araz» mehmanxanasının bir sutka içində sökülməsinin sirri açılıb.
«AzPolitika.info»ya daxil olan məlumata görə, bu obyekt onun sahibinin Azərbaycan reallıqlarına «qeyri-adekvat» davranışına görə məhkəmə qərarı olmadan, hətta içindəki əşyalar boşaldılmadan onlarla texnikanın cəlb olunması ilə bir sutka içində sökülüb. Bu zaman sahibkara heç bir kompensasiya verilməyib və verilməsi də gözlənilmir!
«AzPolitika» dəqiqləşdirib ki, ötən ayın 23-də sökülən «Araz» oteli və ona bitişik, ümumilikdə 3 hektar ərazidə yerləşən digər obyektlərin sahibi əslən məşhur Nehrəm kəndindən olan Novruzəli İbrahimovdur.
Novruzəli İbrahimovun bir neçə tanınmış, yüksək vəzifəli şəxslə yaxın qohumluq əlaqələri var. Belə ki, N.İbrahimov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun doğma əmisi oğlu, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun isə qayınatasıdır. N.İbrahimovun bir kürəkəninin də Avropada səfir olduğu bildirilir.
Bəzi məlumatlara görə, Novruzəli İbrahimov əslində elə Nazim İbrahimovun biznesini idarə edənlərdən biridir.
Bizə verilən məlumata görə, «Araz» oteli və digər obyektləri sökülməzdən 2 gün öncə Novruzəli İbrahimovla görüş olub. Ona təklif olunub ki, 10 milyon manat kompensasiyanı götürsün və 10 gün ərzində ərazini təhvil versin. Bu təklifi eşidən Novruzəli İbrahimov əsəblərini cilovlaya bilməyib və elçiləri təhqir edərək qovub. Sahibkarı özündən çıxaran kompensasiya məbləğinin ərazinin real dəyərindən dəfələrlə kiçik olması olub. Həqiqətən də şəhərin belə prestijli rayonunda üstündə 4 mərtəbəli otel və bir neçə obyektin olduğu ərazi üçün 10 milyon manat həddən artıq kiçik rəqəmdir. Bu ərazinin real dəyəri, çox böyük ehtimalla, azı 35-40 milyon manat təşkil edə bilər.
Lakin N.İbrahimov bəzi reallıqları nəzərə almadığından, necə deyərlər, çox istəyərkən azdan da olub – «Araz» otel və digər obyektlərin dərhal sökülməsi barədə göstəriş verilib. Sahibkara əvvəl təklif olunan 10 milyonluq kompensasiyanın verilməsi də sual altına düşüb.
N.İbrahimova yaxın mənbə onun «qanunsuzluğa qarşı» dirənmək, hətta lazım gələrsə Avropa Məhkəməsinədək getmək niyyətində olduğunu bildirib.
Ancaq çox güman ki, Novruzəli İbrahimovun reallıqla barışmaqdan başqa çarəsi olmayacaq. Müqavimət göstərməyin nə ilə nəticələnə biləcəyini elə öz yaxınları – Şahmar Mövsümov, Nazim İbrahimov və başqaları ona izah edəcəklər…