vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
10:44 | 2 may 2018 | Çərşənbə Məqaləyə 4306 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gül bayramı ləğv edilib?

Bakı Meriyasından açıqlama

MÖVZU İLƏ ƏLAQƏLİ

2000-ci ildən etibarən hər il mayın 10-da Bakının sabiq meri Hacıbala Abutalıbovun təşəbbüsü əsasında görkəmli siyasi xadim Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən Gül bayramına bu dəfə hazırlıq aparılmır.

Əvvəlki illərdə Bakıda, Heydər Əliyev Sarayın qarşısında və “Qış bulvarı”nda keçirilən bayram hazırlıqları aprelin sonundan başlayırdı. Hacıbala Abutalıbovun göstərişilə müxtəlif dekorasiyalar qurulur, xarici ölkələrdən al-əlvan güllər gətirilirdi.

Səhər saatlarında başlayan bayram tədbirlərinə axşam atəşfəşanlıqla yekun vurulurdu. Bu gün mayın 2-si olmasına baxmayaraq, Gül bayramına hər hansı hazırlıq işləri getmir...

Xatırladaq ki, yalnız 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirilmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın “Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi. 2017-ci ildə isə bayram iməclik formatına salınmışdı.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bildirib ki, Gül bayramına hazırlıqla bağlı şöbəyə hər hansı məlumat daxil olmayıb: “Hər halda tədbir nəzərdə tutulsaydı, hazırlıq işləri başlayardı”.

Gül bayramı sabiq mer Hacıbala Abutalıbovun təşəbbüsü ilə qeyd olunurdu. Bayram Heydər Əliyevin ad günündə - 10 mayda başlayır və bir neçə gün davam edirdi.

Meriyanın sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilirdi.

Təkcə 2012-ci ildə paytaxta müxtəlif rənglərdə olan 116 ton gül gətirilmişdi. Həmin il bayramda güllərin sayı milyonu keçmişdi. Bayramda həmçinin güllərdən hazırlanmış Heydər Əliyevin portreti təqdim olunmuşdu. Abutalıbovun sözlərinə görə, gül kompozisiyalarının yaradılması üstündə qərb dizaynerlər və yerli ustalar birgə işləmişdilər.