«Müharibə olacaqmı?»
«Qarabağın ipinin Moskvanın əlində olması barədə qənaət aldadıcıdır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Yenidən cəhd edəcəklər”
Tramp: “İrandan böyük təhdidlər alıram”
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Prezidentlik öküz sürməkdən daha təhlükəlidir”
Donald Tramp Miçiqan ştatında seçicilər qarşısında çıxış edib
-
Tramp yeni kriptovalyuta yaradır?
“World Liberty Financial” şirkəti yaxın vaxtlarda “$WLFI” adıyla ictimaiyyətə tanıdılacaq
-
“Sui-qəsd etməkdə azadsınız”
Trampa sui-qəsddə şübhəli bilinən Routdan İrana çağırış
-
“Məsuliyyətsiz ifadə”
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
-
Su-qəsdçi iki maddədən mühakimə olunacaq
Florida qubernatoru hadisəylə bağlı ayrıca araşdırma aparılacağını deyib
-
60 gündə iki sui-qəsd cəhdi
Tramp bir daha hədəfdədir: Sui-qəsd cəhdi və şübhəli haqqında hər şey məlumdur
-
Trampa ikinci sui-qəsd
Tələm-tələsik apardılar, sui-qəsdçi həbs olunub, hadisə yerindən eyni silah tapılıb
-
Trampın ətrafında silah səsləri
Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib
-
“İki pisdən yaxşısını seçin”
Harris və Trampı tənqid edən Roma Papası ABŞ katoliklərinə səsləndi
-
ABŞ seçkilərində pulun gücü
Hansı daha sərfəlidir, yüksək tələbli varlı donor, yoxsa kasıb ictimai dəstək?
-
“Nəhayət, bizə qoşuldu”
Sosial media şokda: “Bütün siyasi karyerasında etdiyi ən ağıllı şey”; “Yuxulu Co, Tramp qatarına xoş gəlmisiniz!!!”
Britaniyalı jurnalist və Qafqaz məsələləri üzrə ekspert, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş «Qara Bağ» kitabının müəllifi Tomas de Vaalın «Carnegie Europe» saytında dərc olunmuş son məqaləsi «2017-ci ildə Qarabağ münaqişəsi təhlükəsi» adlanır.
Məqalədə deyilir ki, hər yaz Qarabağ münaqişəsini izləyən politoloq və ekspertlər belə bir sual verirlər: «Müharibə olacaqmı?» Bu il onlar xüsusilə bədbindirlər. 2016-cı il bu mənada pis il olub. 2017 daha pis il ola bilər. Ötən aprelin dörd günü ərzində, 1994-cü ildən bəri mübahisəli Dağlıq Qarabağda baş vermiş ən pis toqquşmalarda 200 azərbaycanlı və erməni həlak olub.
Müəllif qeyd edir ki, bu toqquşmaların ardınca yay aylarında azərbaycanlılar 1994-cü ildən bəri qüvvədə olan atəşkəsi saxlamağa, ermənilər isə daha geniş danışıqlar prosesinə razılaşıblar. Amma bundan sonra hər şey öz məcrasına qayıdıb. Qarşılıqlı ittihamlar, Azərbaycanın səbirsizliyi, Ermənistanın inadkarlığı yenidən bərqərar olub.
Əlbəttə ABŞ-ın təməlini qoyanlardan Benjamin Franklin deyib ki, «yaxşı müharibədənsə, pis sülh daha yaxşıdır», amma de Vaalın fikrincə, Qafqazda yeni münaqişə minlərlə yeni qurbanlara və iqtisadiyyatın tamamilə darmadağın olunmasına gətirib çıxara bilər.
Məqalədə deyilir ki, tərəflər bütün hallarda müharibə yolunu seçə bilərlər. 1994-1995-ci illərdə əldə olunmuş razılaşmanı qüvvədə saxlamaq getdikcə çətinləşir.
Müəllif yazır ki, 1994-cü ildə 250 kilometrlik təmas xətti tələsik qazılmış səngərlərdən ibarət idi. Bu səngərlərə sığınan əsgərlər arabir güllə atar, bəzən isə hətta bir-birilərindən siqaret istəyərdilər. Amma indi bura Avropanın ən çox hərbiləşdirilmiş ərazisidir. İndi tərəflərin artilleriyası, uzaqvuran raketləri, döyüş helikopterləri, hərbi dronları var. Azərbaycan yeni silahların alınması üçün neft pullarından milyardlarla dollar xərcləyib, elə ermənilər də Rusiyadan güzəştli qiymətlərə aldıqları silahlar hesabına əhəmiyyətli müdafiə qurublar.
De Vaal yazır ki, Azərbaycan 2016-cı ilin aprelində iki ərazi parçasını geri qaytara bilib, lakin bunun psixoloji təsiri qat-qat böyük olub. Azərbaycan iki onillikdir ki, davam edən alçaldılmaya son qoyub, burada vətənpərvərlik hissləri, münaqişənin hərbi yolla həllinə ümidlər artıb. Bu, müəyyən mənada Azərbaycan əhalisinin diqqətini tənəzzül edən iqtisadiyyatdan və ucuzlaşan milli valyutadan yayındıra bilib.
Ekspertin qənaətinə görə hazırda tərəflər öz hərbi qüdrətlərini aşırı qiymətləndirirlər. Üstəlik hər iki tərəf indi daha ölümcül silahlara malikdir. Ermənilər Rusiyadan aldıqları «İsgəndər» raketlərini 2016-cı ildə keçirdikləri hərbi paradda nümayiş etdiriblər. Bu raketlər 280 kilometrədək məsafəni vurur və əslində Azərbaycanın yaşayış məntəqələrini, neft və qaz infrastrukturunu hədəfləyə bilər.
Bu ermənilərin əl ata biləcəkləri sonuncu vasitədir, lakin əgər Azərbaycan tərəfindən genişmiqyaslı hücum başlanarsa, onlar bunu edə bilərlər. Ermənistanın 2015-ci ildə qəbul edilmiş hərbi doktrinasına görə də Yerevan Azərbaycanı çəkindirmək üçün önləyici zərbə endirə bilər. Azərbaycanın ixtiyarında isə «Iron Dome» raketdən müdafiə sistemləri də daxil İsraildən aldığı ağır silahlar var.
De Vaal yazır ki, hərbi vəziyyət təhlükəlidir, amma siyasi vəziyyət də daha az təhlükəli deyil. Azərbaycanda neft gəlhagəlinin başa çatması ilə iqtisadi tənəzzül başlanıb.
Ermənistanda prezident Serj Sərkisyanı qəliz aprel parlament seçkiləri gözləyir. Səsvermə başa çatdıqdan sonra orada bütün səlahiyyətlər prezidentdən parlamentə keçmiş olacaq.
Təhlilçilər bunu son prezidentlik müddəti 2018-ci ildə başa çatmalı olan Sərkisyanın hakimiyyəti əldə saxlamaq üçün siyasi qambiti kimi qiymətləndirirlər.
Digər tərəfdən ABŞ-da prezidentliyə Donald Trampın gəlməsi, Avropa İttifaqındakı böhran Cənubi Qafqazda hiss olunur və tərəfləri məsuliyyətsiz addımlara sövq edə bilər.
De Vaalın fikrincə, 2016-cı ilin aprelində münaqişəyə Moskva müdaxilə edərək hər iki tərəfdən şifahi vəd alıb, lakin Qarabağ münaqişəsinin iplərinin Moskvanın əlində olması barədə qənaət aldadıcıdır. Əslində 1988-ci ildən bəri Moskva vəziyyətə heç cür nəzarət edə bilməyib və bunun əvəzində gah bir, gah digər tərəfi dəstəkləyib. Hazırda isə Rusiyaya heç bir tərəfdə inam yoxdur.
«Qısası Qarabağa görə önləyici zorakılığın baş qaldırmaması üçün önləyici diplomatiyaya ehtiyac var» – deyə Tomas de Vaal yazıb.