vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
14:53 | 2 fevral 2017 | Cümə axşamı Məqaləyə 865 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp Ukraynanı dəstəklədi

Bazar günü başlanan qanlı atışma hansı mesajı verdi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bazar günündən başlanan atışma Ukraynada 10-dan çox adamın ölümünə səbəb oldu, onlarla yaralı var. Münaqişə ölkənin şərqində, Avdeyevka və separatçıların nəzarətində olan Donetsk ətrafında qızışıb. Avdeyevka rəhbərliyi şəhərin humanitar fəlakətlə üzləşdiyini deyib. Donetskdəki qiyamçılar şəhəri «Qrad»lardan atəşə tutub, döyüşlər əraziyə göndərilən humanitar yardımın yolunu kəsib.

Münaqişəni hansı tərəfin alovlandırdığı bəlli deyil. Kiyev separatçıların arxalandığı Moskvanı, Moskva isə Kiyevi ittiham etməkdədir.


Gözlər Trampda


«CBS News» bu arada gözlərin D.Tramp administrasiyasına dikildiyini, yeni rəhbərliyin necə təpki göstərəcəyinin maraqla izləndiyini yazır. Çünki D.Tramp seçki kampaniyası zamanı ruslarla münasibəti yoluna qoyacağına söz vermiş, Krım məsələsinə yenidən baxacağını söyləmişdi. «ABC News»a müsahibəsində D.Tramp demişdi ki, onun eşitdiyinə görə, krımlılar Ukraynadansa Rusiyanın tərkibində olmağa üstünlük verirlər, ona görə də məsələyə yenidən baxmalıdır. Sonucda onun qalibiyyəti ölkənin gələcəyindən qorxan Ukrayna siyasətçilərini məyus etmişdi.

Amma D.Tramp administrasiyası, deyəsən, Ukraynanı müdafiə etdi. Dünən – fevralın 1-də Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Ukraynanın BMT-dəki təmsilçisi Volodimir Yelçenko deyib ki, ABŞ onların ərazi bütövlüyünü tam dəstəkləyir və Rusiyanın Krımı ilhaq etməsiylə heç vaxt razılaşmayacaq.

Vaşinqtonun Ukraynayla bağlı mövqeyini V.Yelçenkoya ABŞ-ın BMT-dəki səfiri Nikki Haley çatdırıb. Onlar Nyu-Yorkda görüşüblər və V.Yelçenkonun dediyinə görə, ABŞ təmsilçisinin Ukrayna haqda dedikləri onu tam razı salıb. O, ABŞ-ın Rusiyayla münasibətlərini yoluna qoysa belə, bunu Ukraynanın hesabına etməyəcəyinə əminliyini vurğulayıb.

İki il öncə əldə edilən Minsk razılaşması Ukrayna və Rusiyanın münaqişə bölgəsindəki ağır silahlarını geri çəkməsini, məsələni sülh yoluyla həll etməsini nəzərdə tutur. Ancaq atəşkəsə heç vaxt tam əməl olunmur, separatçılarla cəbhə xəttində ara-sıra atışmalar baş verirdi.


Vaşinqtona ismarış


İndi isə münaqişəni, Moskvanın dediyinə görə, Kiyev, həm də bilərəkdən qızışdırıb. Rusiya prezidenti Vladimir Putinin xarici məsələlər üzrə müşaviri Yuri Uşakov deyir ki, Kiyevin məqsədi Minsk anlaşmasından imtina etməyə bəhanə tapmaqdır.

Amma «CBS News» yazır ki, Moskva separatçıların gücünü göstərməklə Vaşinqtona ismarış göndərir, regionda nüfuzunu saxladığını, Ukraynada sülh istəyənlərin Moskvaya güzəştə getməli olduğunu bildirmək istəyir.

Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, münaqişənin qızışması Rusiya ilə Amerika arasında dialoqun tezliklə bərpası üçün bəhanə ola bilər.

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə isə, son bir neçə gündə Ukraynanın şərqində atəşkəs azı 5 min 600 dəfə pozulub. Elektrik enerjisinin kəsilməsi soyuqda 20 min adamı işıqsız qoyub. Y.Stoltenberq Rusiyanı separatçılar üzərindəki nüfuzundan istifadə etməyə, atəşi dayandırmağa çağırıb.


54 faiz NATO istəyir


«CBS News» bildirir ki, dünən – fevralın 1-də atışma dayanıb, tərəflər elektrik enerjisi və su təminatını bərpa etmək barədə razılığa gəliblər.

Bu tərəfdən Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin NATO-ya qoşulması məsələsini səsverməyə çıxarmağa hazırlaşdığını bəyan edib: «4 il öncə Ukraynada əhalinin cəmi 16 faizi ölkənin NATO-ya qəbul edilməsini istəyirdi, indi bu göstərici 54 faizə çatıb… Prezident olaraq, mən xalqımın baxışlarına uyğun hərəkət etməliyəm. Buna görə də NATO-ya üzvlük məsələsini referenduma çıxaracağam».

P.Poroşenko xalq səs verərsə, ölkəsinin transatlantik alyansa qoşulmasından ötrü əlindən gələni edəcəyinə söz verib.

Ukrayna NATO ilə 1990-cı illərdən əməkdaşlıq edir. Ancaq üzvlük, politoloqların fikrincə, Rusiya ilə gərginliyi artıra bilər. («Azadlıq radiosu»)