«Qələbə bizim olacaq»
Füzuli Əliyev: «Müstəntiq dedi ki, iş üzrə bütün zərərçəkmişlər fırıldaqçıdır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
-
«Böhtan və yalanın dəhşəti ondadır ki...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
-
«Əl çəkin məndən...»
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
-
«Nə qədər şər-böhtan demək olar?»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
-
Əhmədovun əmlakı Trampdan çox imiş
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
-
Masazırdan bulvara qədər hasarı kim çəkirmiş?
Məhkəməyə məcburi gətirilmiş şahidin 10 dəqiqəlik «iztirabı»
-
«Adamın Allahı olar...»
Çovdarov Vəzirovdan pul alıbmı?
-
Qapalı iclasda söhbət nədən getdi?
Tağı Əhmədovun ifadəsindən sonra məhkəmədə nələr baş verdi?
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Bügünkü iclas bütünlükdə cinayət işinin zərərçəkmişlər Arif Həsənov və Həsən Həsənovun iddiası üzrə baxılan epizoduna həsr olundu. Xatırladaq ki, zərərçəkmişlər «Texmarin LTD» gəmi təmiri şirkətinin həmtəsisçi Səhrab Allahverdiyev tərəfindən talan olunduğunu, MTN-in isə ədalətli istintaq aparmaq əvəzinə, zərərçəkmişlərdən yüz minlərlə dollar pul aldığını bildirmişdi. Qeyd edək ki, ötən iclasda təqsirləndirilənin 100 min manat və 100 min dollar həcmində pulu geri qaytardığı elan edilmiş və zərərçəkmişlər Akif Əliyevə qarşı şikayətlərinin olmadığını demişdilər. Lakin epizod üzrə mənəvi zərərin ödənilməsi tələbi qüvvəsində qalır.
Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, bu gün epizod üzrə ifadə vermiş iki şahid xüsusilə diqqət cəlb etdi. Lakin hər şey barədə xronoloji ardıcıllıqla.
Baş mühasib: «Bütün günahlar Arif müəllimin oğlundadır»
İlk olaraq zərərçəkmiş qismində əvvəllər «Texmarin LTD» şirkətinin baş mühasibi işləmiş, hazırda «Delta ASM» MMC-də həmin vəzifəni tutan Mətanət Allahverdiyeva ifadə verdi.
Zərərçəkmişin sözlərinə görə, 13 il ərzində şirkətdə işlədiyi dövrdə həmtəsisçilər Arif Həsənovla Səhrab Allahverdiyev arasında ata-oğul münasibətini görüb: «Bir yerdə oturur, bir qabdan yemək yeyirdilər».
Şirkətdə bütün ixtilafların Arif Həsənovun oğlu Həsən Həsənovun şirkətə gəlməsi ilə başladığını deyən Mətanət Allahverdiyeva bildirib ki, Zirədə əvvəllər şirkətə, daha sonra isə Arif Həsənovun şəxsən özünə aid istixana var idi: «Təmirə gələn gəmilər yanma təhlükəsi olan maddələrlə işlənirdi. Buna görə də, gəmidə olan bütün yanacaq ehtiyatı boşaldılırdı. Həmin yanacaq aktlaşdırılaraq, istixananın ehtiyaclarının ödənilməsi üçün yönəldilirdi. Həmişə bu işi qanunun tələb etdiyi şəkildə, bütün sənədlər tərtib edilməklə etmişik. Lakin bir dəfə Həsən Həsənov heç kimə demədən, rəsmiləşdirilmədən yanacağı götürüb aparmışdı. Bu xəbər Səhrab müəllimə çatanda o bərk əsəbiləşdi və Həsəni şirkətdən qovdu».
«Həsən Həsənovla bağlı şirkətdə bəzi başqa məsələlər də olmuşdu. Çox əxlaqa zidd və aqlasığmaz olduğu üçün həmin məsələni açıb-ağartmaq istəmirəm», - M.Allahverdiyeva vəkillərin təkidinə baxmayaraq, baş verən hadisəni nəql etmək istəmədi.
Zərərçəkmişin sözlərinə görə, baş vermiş bu hadisələrdən sonra Arif Həsənovla Səhrab Allahverdiyevin arası pozulub. İş o yerə gəlib çatıb ki, şirkətdə qapıların açarları dəyişdirilib ki, S.Allahverdiyev ofisə daxil ola bilməsin.
«Yarım ilə yaxın maaşımız verilmədi. Məcbur olub Səhrab müəllimin şirkətinə keçdim. Arif müəllim son dövrlərdə çox dəyişmişdi. Mən çox istərdim ki, A.Həsənov məndən tez dünyasını dəyişsin, onun halallığı alınanda deyim ki, mən sənə halal etmirəm», - zərərçəkmiş əlavə etdi.
MTN-lə bağlı epizod barədə danışan M.Allahverdiyeva bildirdi ki. həmin gün axşama yaxın Arif Həsənov ofisə zəng edərək, heç kimin evə getməməsini tapşırıb və bildirib ki, qonaqlar gələcək. Az sonra A.Həsənov 3 nəfər MTN əməkdaşı ilə şirkətə gəlib. Həmin axşam ofisdə olan bütün əməkdaşlar MTN-ə gətirilərək ifadə veriblər: «Məni cəmi 15 dəqiqə saxladılar. Çox böyük hörmətlə, ehtiramla da yola saldılar. MTN əməkdaşlarından heç bir şikayətim yoxdur».
«Mən ümumiyyətlə başa düşmürəm ki, nəyə görə burdayam. Mən niyə zərərçəkmiş hesab olunuram axı? MTN-dən heç bir zərər çəkməmişəm. Zərər çəkdiyim yeganə adam varsa, o da Arif Həsənov özüdür», - M.Allahverdiyeva bildirib.
Ofşor zona və gəmi təmiri barədə
Həsən Həsənovun nümayəndəsi M.Allahverdiyevaya bir neçə sualla müraciət etdi:
Nümayəndə: Sizin ofşor zonada qeydə alınmış «Texmarin SA» şirkəti barədə məlumatınız var?
Zərərçəkmiş: Xeyr, bu barədə bilmirəm.
Nümayəndə: Ola bilərmi ki, bəzi gəmilərin təmiri üzrə verilən pullar sizdən xəbərsiz həmin o şirkətin hesabına köçürülsün?
Zərərçəkmiş: Gəmi təmiri elə bir işdir ki, orada kənar əməliyyatlar həyata keçirmək mümkün deyil. Ölkəyə təmir üçün gələn bütün gəmilər gömrükdə təmir qiymətinin 20%-i depozit ödənildikdən sonra buraxılırlar. Kənara ödəniş edilə bilməzdi, hamısı bank vasitəsilə olub.
Nümayəndə: Arif müəllim bildirib ki, Türkmənistandan gəlmiş 12 gəminin təmirindən sonra şirkət nəinki qazanc əldə etməyib, az qala zərərə düşüb.
Zərərçəkmiş: Şirkət həmişə gəlirlə işləyib. Belə şey olmayıb.
Nümayəndə: Soyadlarınız eynidir. Səhrab müəllimlə qohumluğunuz yoxdur ki?
Zərərçəkmiş: Bu sualı mənə Arif müəllim də vermişdi. Yoxdur, o Qəbələdəndir, mən isə Ermənistandan.
Akif Çovdarovdan prokurora atmaca
Zərərçəkmiş Mətanət Allahverdiyeva və şirkətdə onun köməkçisi işləmiş digər zərərçəkmiş İndira Bədəlova təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlının xahişi ilə heç bir şikayətlərinin olmaması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etdilər.
Bu arada təqsirləndirilən Akif Çovdarov zərərçəkmişlərin şikayətlərinin olmadığından ruhlanaraq dövlət ittihamçısına atmaca atdı: «Prokuror bir şeyi soruşmağı yaddan çıxardı. Soruşmadı ki, zərərçəkmişlər avtobusda mənim adımı eşitməyiblər ki?»
Bundan sonra epizod üzrə şahid ifadələri başladı.
Vəkil hakimə virtualaz.org-dan şikayət etdi
Təqsirləndirilən Akif Çovdarovun vəkili Kamandar Nəsibov prosesə sədrlik edən hakim Həbib Həsənova müraciətlə bildirdi:
«Möhtərəm hakim, burada baş verənlər haqqin.az-da və onun Azərbaycan dilli variantı olan virtualaz.org-da düzgün işıqlandırılmır. Yazıblar ki, zərərçəkmişə 200 min dolları Akif Çovdarov qaytarıb. O pulu Akif Çovdarov deyil, təqsirləndirilən Akif Əliyev qaytarıb. Sonra da bizə müraciətlər olur, camaat elə bilir ki, Akif Çovdarov pulları qaytarmağa başlayıb. Özü də indi bizi eşidir, belə yazmaq olmaz axı».
Hakim Həbib Həsənovun cavabında bildirdi: «Ay Kamandar, yazırlar da... Mən mətbuatda sizin müsahibələrinizi görürəm, elə yazıları oxumamışam».
Akif Çovdarov da məsələdən kənarda qalmadı və yenə məhkəmə zalında jurnalist axtarışına çıxdı: «Haqqin.az-a yazan ya prokurordur, ya da o bığlı oğlan».
«Liftlərdə quraşdırdığı kameralarla qadınlara tamaşa edirdi»
Virtualaz.org-un əməkdaşının məhkəmə zalından bildirdiyinə görə, «Texmarin LTD»nin həmtəsisçisi olmuş Səhrab Allahverdiyev şahid qismində ifadə verərək qeyd edib ki, uzun illər Arif Həsənovla çiyin-çiyinə mehribanlıqla işləyiblər. Onun da sözlərinə görə, şirkətdə hər şey Həsən Həsənovun ofisə gəlməsindən sonra pozulub.
«Bu adam başdan-ayağa intriqadır. Ətrafında həmişə qalmaqal olub. İş ofisdə işləyən abırlı-həyalı bir qadına sataşmağa qədər gəlib çıxmışdı. Böyük səs-küy olmuşdu. İngilis dilli və kompüterdən yaxşı baş çıxardığı üçün texnologiyaları bilirdi və sevirdi. Yaşadığı evin hər tərəfi kamera idi. Hətta liftə də kamera qoyub gələn-gedənləri izləyirdi. Hamımız liftdə üst-başımızı düzəldirik. Bu da oturub liftdəki qadınların hərəkətlərini izləyirmiş, sonra da gəlib hələ işdə danışırdı. Bu hərəkətlərinə görə Həsən Həsənov 3-4 dəfə döyülüb də», - şahid bildirdi.
S.Allahverdiyev qeyd etdi ki, onun şirkətdən pul çıxarması barədə deyilənlər ağ yalandır: «Təchizat müdiri öz kürəkəni idi, mən ordan nə oğurlaya bilərdim? Bu ittihamlar abdurddur».
MTN-ə çağırılması və dindirilməsi ilə bağlı şahid əlavə etdi ki, ona normal münasibət olub və təzyiq göstərilməyib. Arif Həsənovun şərikinin MTN-lə əlbir olaraq ona təzyiq göstərməsini, hətta S.Allahverdiyevin bu məsələ ilə bağlı MTN əməkdaşlarına göstəriş verməsi iddialarını isə gülünc adlandırdı: «Özünüz fikirləşin. Bu necə ola bilər ki, mən MTN-in vəzifəli şəxslərinə nə etmələri ilə bağlı göstəriş verim? Ağlabatan deyil axı».
Vəkillər zərərçəkmiş Arif Həsənovla şahidin ifadələrinin daban-dabana zidd olduğunu bildirdilər və növbəti iclasda onların hər ikisinin iştirakını təmin etməyi prosesə sədrlik edən hakim Həbib Həsənovdan xahiş etdilər.
Füzuli Əliyev: «Zabit şərəfimə and içirəm»
«MTN işi» üzrə növbəti iclası sabah baş tutacaq digər cinayət işində təqsirləndirilən MTN polkovniki Füzuli Əliyev epizod üzrə şahid qismində ifadə verdi. Konvoyun müşayiəti ilə əli qandallı məhkəmə zalına gətirilən Füzuli Əliyev prosedur qaydaları pozdu. O, təqsirləndirilən olduğu üçün and içməyi və iltizamı imzalamağı artıq hesab etdi və üzünü məhkəmə kollegiyasına tutaraq dedi: «Bilirsiniz ki, mən ifadə vermirəm. İl yarımdır ki, həbs edilmişəm, hələ ifadə verməmişəm. Bu epizod barədə bildiklərimi deyib getmək istəyirəm. İcazə verirsinizsə, deyim. Vermirsinizsə, çıxıb gedim».
Hakim Həbib Həsənov şahidə bildirmək istədiklərini söyləməyə şərait yaratdı. Füzuli Əliyev dedi:
«Mən əməliyyatçıyam və məni aldatmaq mümkün deyil. Həyatım boyunca məni çox az adam aldada bilib və bunlardan biri də Arif Həsənovdur. Ona görə də, bu epizod üzrə danışmaq istədim.
Bu adam bir-iki tanış vasitəsilə mənə çıxdı, idarəyə dəvət etdim. Gəlib şərikindən şikayət etməyə başladı. Anladım ki, cinayət işi açmağa lüzum yoxdur və sanki qonşu adama gəlib deyir ki, uşaqla evdə yola getmirəm, gəl, mənə kömək elə. Yoxlama təşkil etdik, sənədlərə baxdıq, Səhrab Allahverdiyevlə söhbət etdim.
Arif Həsənova bildirdim ki, onun dedikləri sübut olunmur. Əlini yanımda «Quran»a basaraq dedi ki, yalan danışmır, ağsaqqal adamdır, dördqat hacıdır, yenə inandım. Amma sonradan anladım ki, bu adam sadəcə olaraq yalançıdır.
Mən zabitəm, ölkədən kənarda da əməliyyatlarda olmuşam. Mənim sözümlə adamlar ölümə gediblər, təhlükəli əməliyyatlarda iştirak ediblər. Mənim sözüm sözdür. Zabit şərəfimə and içirəm ki, mən Arif Həsənovdan bircə qəpik də pul almamışam. Özünüz fikirləşin: bu işi başqa idarə aparırdı, mən sadəcə işin içində idim. Harda görünüb ki, bir işə görə eyni adamdan iki nəfər pul alsın?
Sonradan öyrəndim ki, bu Arif Həsənov peşəkar üzədurandır. Bir çox işlərdə, hətta Şahin Sultanovun məhkəməsində də təqsirləndirilənin üzünə durub. Ona dedim ki, bu işə görə yox, amma gələcəkdə sən bizə lazım olacaqsan». Bu sözdən sonra zaldakıların hamısı gülüşdü.
«Bu epizoddan mən belə başa düşdüm ki, Arif Həsənovun oğlu Həsən Həsənov atasının qoca olduğunu görüb və fikirləşib ki, atasına bir şey olsa, bütün işlər Səhrab Allahverdiyevin əlinə keçəcək. Cinayət işində olan sənədlərin əksəriyyətini özü düzəldib. Bizdə çox güclü kompüter mütəxəssisləri işləyir. Adamlar rəsmən hakerlərdir. Onları işə cəlb etdim, yoxladılar. Bildirdilər ki, sənədlərin hamısı saxtadır, süni yolla düzəlib», - şahid deyib.
Füzuli Əliyev sonda bildirdi: «Möhtərəm hakim, istintaqda məni 3 müstəntiq dindirib. Hamısı da axırda mənə bildiriblər ki, Füzuli müəllim, bu cinayət işində adları keçən bütün zərərçəkmişlər fırıldaqçıdır. Bilirəm ki, bir gün azadlığa çıxacağıq. Nə güllələnmə verəcəklər, nə də ömürlük. Amma bizim sözümüz sözdür, zabit sözüdür, yalan danışmamışam, danışmayacağam».
Hakimdən söz istəyən təqsirləndirilən Akif Çovdarov üzünü Füzuli Əliyevə tutaraq dedi: «Füzuli, inandırıram ki, məni də dindirən bütün müstəntiqlər istintaqın sonunda üzümdən öpüblər, narahat olma».
Zalı tərk edərkən Füzuli Əliyev şüşə qəfəs arxasında olan təqsirləndirilənlərlə görüşüb onlara uğur arzuladı.
Akif Çovdarov: «Победа будет за нами»
Füzuli Əliyevdən sonra prosesdə digər şahid, o biri cinayət işində təqsirləndirilən MTN generalı Sübahir Qurbanov ifadə verdi. Səhhətini nəzərə alaraq, hakim ona oturduğu yerdən suallara cavab verməyə icazə verdi.
Sübahir Qurbanov «Texmarin» işi ilə əlaqədar heç bir məlumatının olmadığını bildirdi: «Minlərlə iş olub, bəlkə də unutmuşam. Rəsmi sənədlər olsaydı, bəlkə də baxıb yadıma salardım».
Sübahir Qurbanov zalı tərk edərkən Akif Çovdarov onu səsləyərək rusca dedi: «Sübahir, победа будет за нами» («Qələbə bizim olacaq»).
Məhkəmənin növbəti iclası martın 13-də keçiriləcək.