051 660 .. .. nömrəli «Azərcell» abunəçisi
Generalın hərbi qiyam ərəfəsində Azərbaycanda hansı abonentə zəng vurduğu üzə çıxdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Xəbər verildiyi kimi Ankara Cümhuriyyət Prokurorluğu ötən il iyulun 15-də Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdinə rəhbərlik etdiyi deyilən ordu generalı, Yüksək Hərbi Şuranın üzvü olmuş Akın Öztürkün həmin ərəfədə bir sıra xarici ölkələrlə, o cümlədən Azərbaycandakı abonentlərlə telefon danışıqları apardığını istintaq materiallarına əlavə edib.
General Akın Öztürkün kürəkəni, polkovnik Hakan Karakuş qiyamçıların əsas bazası olan Akıncı Hava Bazasının komandanı olub. F-16 təyyarələri həmin bazadan qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. İstintaq müəyyən edib ki, general Öztürk iyulun 13-dən 16-na, yəni həbs olunana qədər Karakuşla və Akıncı bazasının digər zabitləri ilə dəfələrə telefonla danışıb. Habelə məlum olub ki, hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.
Virtualaz.org xəbər verir ki, Türkiyə mətbuatı bu gün general Öztürkün xarici ölkələrdə zəngləşdiyi abonentlərin telefon nömrələrini də dərc edib. Belə məlum olur ki, hərbi qiyamın lideri Azərbaycanda «Azərcell»in 051 660 00 38 nömrəli mobil telefon nömrəsi ilə iki dəfə danışıb.
Virtualaz.org həmin mobil nömrəyə zəng vurub və məlum olub ki, hazırda nömrə işlək deyil. Operator həmin nömrəyə zəng çatmadığını, telefonun ya söndürüldüyünü, ya əhatə dairəsi xaricində olduğunu bildirir...