vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
STOLÜSTÜ  
23:12 | 30 aprel 2017 | Bazar Məqaləyə 3118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məmmədyarov ən güclüdür

Şəmkirdə Vüqar Həşimovun xatirə turnirinə yekun vuruldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan IV şahmat turnirinin yekun turu keçirilib.

Virtualaz.org bildirir ki, sonuncu - doqquzuncu turda yarışın lideri, həmyerlimiz Şəhriyar Məmmədyarov bolqar şahmatçı Veselin Topalovla qarşılaşıb. Görüş heç-heçə başa çatıb və xallarının sayını 5,5-ə çatdıran Şəhriyar xatirə turnirinin qalibi olub.

Digər həmyerlimiz Teymur Rəcəbov isə mükafatçılar arasında yer ala bilməyib.

Onu da qeyd edək ki, bu, Şəhriyar Məmmədyarovun Şəmkir yarışında ardıcıl ikinci qələbəsidir. 2014 və 2015 illərdə keçirilən ilk iki yarışda 1-ci yeri tutan norveçli dünya çempionu Maqnus Karlsen Şəmkirdəki son iki tunirdə iştirak etməyib.