vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
STOLÜSTÜ  
«Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq» 13:23 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq»

Şəhriyar Məmmədyarov: «İkincidən yaxşı bir yer var, o da birincidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Şahmat üzrə Avropa çempionu olmaq, Olimpiya çempionu olmaqdan daha çətindir. Burada yüksək səviyyəli komandalar daha tez-tez görüşürlər.

Bunu Gənclər və İdman Nazirinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında şahmat komandamızın üzvü Şəhriyar Məmmədyarov deyib.

«Biz bu turnirdə Rusiya, Macarıstan, Ukrayna, Ermənistan, İspaniya kimi komandalarla oynadıq. Sübut etdik ki, doğurdanda Avropanın ən ağıllı xalqıyıq. Biz üçüncü dəfə Avropa çempionu olduq. Bu inanılmaz bir uğurdur», - deyə şahmatçı bildirib.

Azərbaycan tarixində ilk dəfə FİDE reytinqində ikinci pilləyə yüksələn Ş.Məmmədyarov qeyd edib ki, hər bir şahmatçının güclü vaxtları olur: «İnşallah, ikincidən yaxşı bir yer var, o da birincidir. Mübarizəyə qoşulub Maqnus Karlsenə qalib gəlməyə çalışacağam. Onu da məğlub etmək mümkündür».