“İki ildə 450 min manat ayrılıb”
Nazirlikdən Şəhriyar Məmmədyarovun şikayətinə reaksiya
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Şah” finalda
Şəhriyar Məmmədyarov Maqnus Karlsenin rəqibi ilə qarşılaşacaq
-
Rəcəbov Məmmədyarovu dayandırdı
Şəhriyar ikinci yerlə kifayətləndi
-
Yığmamızın heyəti açıqlandı
Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun adı yoxdur!
-
“Sizə bir sirr açım ...”
Şəhriyar Məmmədyarov: “Belə davam etsə, məni ən yaxın olan dəlixanaya aparacaqlar”
-
Tək rəqəmlərdə qərar tutan zəka
Yığmamız dünya üzrə reytinq sıralamasında 4-cü yerdədir
-
“İki ay fasiləsiz işləsə kompüter də sıradan çıxar”
Şəhriyarın əmisi də danışdı: “Heydər Əliyevə təqdim edilən siyahıya onun adını daxil etməmişdilər”
-
“Komandanın xərclərini cibimdən ödəyirəm”
Şəhriyar Məmmədyarov: “Mən nəyə qadir və layiq olduğumu çox gözəl anlayıram”
-
“Yorulub...”
Şahmat Federasiyası Şəhriyar Məmmədyarovun şikayətlərinə cavab verdi
-
“Utandım deyim ki pul!”
Şəhriyar Məmmədyarovdan ŞOK açıqlama: “Məndən güclü neçə idmançı var ki, bir sponsor tapılmadı?!”
-
“Şah”dan möhtəşəm nəticə
Şəhriyar Məmmədyarov bir qələbə ilə iki tarixi uğura imza atdı
-
2 qələbə 1 bərabərlik
Dünya çempionunu məğlub edən Şəhriyar Məmmədyarov lideridir
-
«Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq»
Şəhriyar Məmmədyarov: «İkincidən yaxşı bir yer var, o da birincidir»
-
Azərbaycan Avropa çempionudur!
Şahmat üzrə milli komandamız qitənin üç qat ən güclüsü oldu
-
Şahmatçılarımız Avropa Çempionatında liderliyə yüksəlib
Rusiya yığmasını darmadağın edərək, ...
-
2.5 - 1.5 ...
Avropa çempionatında Azərbaycan Ermənistana qalib gəldi
-
Məmmədyarov Aronyanı məğlub etdi
Erməni şahmatçı təslim olmağa məcbur oldu
“Şəhriyar Məmmədyarov adını şahmat tarixinə iri hərflərlə yazmış şahmatçımızdır. Çox qürur hissi duyuruq ki, dünyanın 3 ən yaxşı şahmatçısı arasında Şəhriyarın da adı yer alır”.
Bunu Modern.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarovun şəxsi “Facebook” səhifəsindəki açıqlamasına münasibət bildirərkən deyib.
Nazirliyin sözçüsü, tanınmış şahmatçının öz pulu hesabına yarışlara qatılması fikirlərinə də aydınlıq gətirib.
“Şəhriyar indi yarışdadır. Onu anlayırıq. Ola bilər ki, həyəcan və narahatçılıq onda müəyyən hisslər oyadıb və bu hisslər də Şəhriyarı o fikirləri yazmağa vadar edib. Nə yazmasından asılı olmayaraq, Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir.
Şəhriyarın yarışlara getməsinə gəldikdə isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən, 250 min manat, 2018-ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanma, səfərləri üçün nəzərdə tutulur. Qeyd edim ki, əlavə xərclər də ödənilib.
Heç bir şahmatçı qatılıdığı beynəlxalq və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tətəfindən hərtərəfli təmin edilir və ediləcək də. Qarşıda bizi Batumidə keçiriləcək şahmat üzrə olimpiada gözləyir. Əminik ki, Şəhriyar orada da Azərbaycanı layiqincə təmsil edəcək.
Unutmaq lazım deyil ki, cənab prezidentin ən çox diqqət ayırdığı idman növlərindən biri də şahmatdır. Şahmatçıların qarşılanması, onların həyat şəraitinin günbəgün yaxşılaşması üçün cənab prezident tərəfindən hər zaman diqqət ayrılır. Şəhriyara uğurlar arzulayır və onunla qürur hissi duyuruq"
Qeyd edək ki, Azərbaycanın məşhur şahmat qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinquefield Cup” turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “Facebook” səhifəsində şok açıqlama yazıb. Şahmatçımız sponsoru olmadığını, yarışlara öz pulu hesabına getdiyini bildirərək, artıq yorulduğunu vurğulayıb.
Namidə BİNGÖL