“Şah”dan möhtəşəm nəticə
Şəhriyar Məmmədyarov bir qələbə ilə iki tarixi uğura imza atdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İki ay fasiləsiz işləsə kompüter də sıradan çıxar”
Şəhriyarın əmisi də danışdı: “Heydər Əliyevə təqdim edilən siyahıya onun adını daxil etməmişdilər”
-
“Yorulub...”
Şahmat Federasiyası Şəhriyar Məmmədyarovun şikayətlərinə cavab verdi
-
“Utandım deyim ki pul!”
Şəhriyar Məmmədyarovdan ŞOK açıqlama: “Məndən güclü neçə idmançı var ki, bir sponsor tapılmadı?!”
-
İlham Əliyev Avropa çempionlarını qəbul edib
Prezidentlə görüşə qaliblərlə yanaşı mütəxəssislər də qatılıb
“Şah” ləqəbli şahmatçımız Şəhriyar Məmmədyarov növbəti tarixi nəticə əldə edib. Belə ki, dünən ABŞ-da şahmat üzrə növbəti superturnir başlayıb. Həmin turnirdə hazırkı dünya çempionu Maqnus Karlsenlə bərabər, dünyanın ən güclü 10 şahmatçısı iştirak edir. Azərbaycanın fəxri sayılan Məmmədyarov da iştirakçılar arasındadır. Bildirək ki, bu yarışda qazanılan və uduzulan (hətta heç-heçə də) hər bir oyun şahmatçıların elo xalına ciddi təsir edir. Açılış mərasimində açıqlama verən dünya çempionu Maqnus “mən bura ancaq turniri qazanmaq üçün gəlmişəm! Bunun üçün heç bir əngəl görmürəm!” sözləri ilə yarışın vacibliyini göstərmiş olub.
Bakı vaxtilə saat 22:00-da start götürən yarışda Şəhriyar ilk oyunda Birləşmiş Ştatları təmsil edən Uesli So ilə qarşılaşdı. 51-ci gedişdə rəqibi təslim etməyi bacaran şahmatçımız növbəti 4.7 elo xalını aktivinə yazdırdı. Məmmədyarov qazanılan xallarla 2 böyük uğura imza atdı.
Belə ki, şahmatçımız karyerasında ƏN YÜKSƏK XALINI - 2821.7 qazandı və bununla da PLANETİN ən güclü 2-ci şahmatçısı oldu.
Digər tərəfdən Ş.Məmmədyarov DÜNYA ŞAHMAT TARİXİNDƏ gəlmiş keçmiş ən güclü şahmatçılar arasında 5 pillə irəliləyərək 7-ci oldu. Bu inanılmaz bir nəticədir.
Qeyd edək ki, Şəhriyar dünyanın ən güclüsü olması üçün, Maqnusdan cəmi 13.8 xal geri qalır.
Bildirək ki, dünya çempionu M.Karlsen dünənki qarşılaşmada heç-heçəyə razılaşaraq 1 elo xalı itirib. Şəhriyardan əvvəlki dünya 2-cisi Karuana da oyununu bərabərliklə bitirdiyi üçün eyni xalı itirib.
Qeyd: “Sinquefield Cup” superturniri cəmi 9 turdan ibarətdir. Şəhriyar Bakı vaxtı ilə 22:00-da başlayacaq 2-ci turda qara fiqurlarla rus şahmatçısı Aleksandr Qrişuk'a qarşı oynayacaq. Şahmatçımıza bu oyunda da qələbə arzulayırıq.