vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
OLAY  
20:03 | 1 may 2017 | Bazar ertəsi Məqaləyə 2402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin hiddəti

Tikinti baronu həbs olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə görə tikinti şirkətinin rəhbəri həbs edilib. Criminal.az xəbər verir ki, Mətbuat prospektində yerləşən «Ovçular evi» ərazisində «Böyük Plaza» yaşayış və ticarət mərkəzi tikən «A-3 Sənaye Tikinti Korporasiyası» MMC-nin sədri Azər İsmayılovun barəsində Xətai Rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, həmin tikintinin sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, «Akula Akif» kimi tanınan Akif Mustafayevin «sağ əli» hesab olunan Aydəm İsmayılovdur. Həbs edilən sədr Azər İsmayılov isə Aydəmin qardaşıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl həmin ərazidə aparılan tikinti ilə əlaqədar xeyli ağacın kəsilərək məhv edilməsi xəbəri ölkə gündəmini zəbt etmişdi. O da məlum olmuşdu ki, həmin ərazidə tikilən bina Milli Məclisin deputatları üçün nəzərdə tutulub.

Amma ölkə prezidenti İlham Əliyevin göstərişi ilə tikinti işləri dayandırıldı.

Sonra yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələndi və fakt üzrə cinayət işi açıldı.