vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
10:49 | 10 may 2017 | Çərşənbə Məqaləyə 2046 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şuşaya hücumda bizə ruslar da kömək edirdi...»

Erməni kapitan işğal zamanı gördüklərindən danışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün mayın 9-da Şuşanın ermənilər tərəfindən işğal edilməsindən 25 il keçdi. Artıq 25 ildir ki, düşmən hər il bu günü «böyük qələbə» kimi qeyd edir. Şuşanın necə işğal edilməsi barədə çox yazılıb, danışılıb. Coğrafi mövqeyinə görə alınmaz qala olan bu qədim şəhərin xəyanət nəticəsində düşmənin əlinə keçməsi haqda deyilənlər hələ də aktualdır. Yaxud Şuşanın işğalında hansı xarici dövlətin əli olduğu barədə də mübahisələr hər il alovlanır.

Virtualaz.org xəbər verir ki, Şuşanın işğalında iştirak edənlərdən biri, Marina Dulyan adlı kapitan rütbəli erməni qadın Rusiyanın gazeta.ru internet nəşrinə («Qazprom Media»nın tərkibinə daxildir) bu hadisələrin necə cərəyan etməsindən danışıb. Və etiraf edib ki, Şuşaya hücumda ermənilərə ruslar kömək edirdi.

Əslən Goranboy rayonundan olan bu erməni deyir ki, 1991-ci ildə Ağdərədə gedən döyüşlərdə yaralanmışdı və İrəvanda müalicə alırdı. «1992-ci il aprelin 19-da bizə əmr etdilər ki, Stepanakertə (Xankəndi-red.), 9-cu rotaya gedək. Biz orada əlhaiddə briqadalar şəklində cəmləşdik və general Arkadi Ter-Tadevosyan qarşımızda vəzifə qoydu-Şuşa uğrunda döyüş. Bizim tərəfdə təkcə ermənilər yox, çoxlu ruslar, yezidlər, hətta çeçenlər döyüşürdü. Biz bəlucalı uşaqlarla (Bəluca Dağlıq Qarabağda erməni kəndi olub), onların sayı 105 nəfər idi, biz isə haradasa 100 nəfər idik, Canhəsən və Kosalar kəndinə qalxdıq. Bu iki kənd Şuşanın yaxınlığında, Stepanakertlə üzbəüz yerləşir. Biz iki kəndin ortasındaydıq, azərbaycanlılar bizi toplardan, snayperlərdən atəşə tuturdu. Döyüş səhər 6-da başladı. Biz atəşi üzərimizə çəkdik ki, azərbaycanlılar elə bilsinlər döyüş ancaq bu iki kənd uğrunda gedir. Və onlar bütün qüvvələrini bizə yönəltdilər. Həmin vaxt bizim digər briqadalarımız başqa tərəflərdən Şuşaya qalxırdı»-erməni veteran danışır.

Marina Dulyan bildirir ki, nəticədə Şuşa mühasirəyə alınmışdı. Və günü sonunda Dulyanın tərkibində olduğu dəstələrə geri çəkilmək əmri verilir. «Həmin vaxt biz çox itki vermişdik, 105 nəfərdən 45-inin meyiti həmin yerdə qaldı. Şuşa alınandan sonra bizə xəbər verdilər ki, «geri qayıdın, Şuşa artıq bizdədir».

Erməni qadın deyir ki, Şuşanın alınması əməliyyatını Ermənistanın indiki prezidenti Serj Sərkisyan işləyib hazırlamışdı...