

... Yaxud Ukraynanın Azərbaycandan nə fərqi var ki?
Qala yolunun yorğun yolçusundan gecikmiş qeydlər və ya esse-hekayə
Müsyö Jordan və Dərviş Məstəli şah “O olmasın, bu olsun” deyib...
Azərbaycanın mədəniyyət paytaxtında Birinci Beynəlxalq Kulinariya Festivalı davam edir
Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər
Zəfərin zirvəsində – Şuşa dünya azərbaycanlılarını bir araya gətirib
30 il qanayıb-qaysaqlanan ...
... bir şəhərə dəyərsə, bu qədər gözəlləşə bilər
Tez-tez gəlin ...
“Surəti göydəki o gözəgörünməz Allaha!”
Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
Şuşa sakini 26 il öncədən danışır: “Biz onları heç vaxt saymamışıq”
... Yaxud bir şəklin tarixçəsi
Fərqli və oxşar şəhərlər
Qərbdə yığılan ianələr hesabına..., işğalçı həm də xofdadır; erməni politoloq: «Müharibə yaxınlaşır...»
Qarabağda muğamatın sazı, qəzəlin isə qoşmanı üstələməsinin səbəbi
14.05.22 - ...Hər baxışda bir ümid, hər ümiddə bir işıq,...
Yuxum ərşə çəkilib,
Hər kirpik fırça kimi gözlərimə yol çəkir,
Yaddaşımın küncünə qonan xatirələrdən
Ürəyimə süzülür...
sözlərimə yol çəkir,
Baxışıma yol çəkir...
30 illik həsrətin
Buluduna yol çəkir,
yağışına yol çəkir...
Çəkir zülmət gecədən,
çəkir səhərə doğru,
Gözlərimi açıram “üçüncü avtobus”da,
Yollar çəkib aparır qala-şəhərə doğru...
...Hər baxışda bir ümid, hər ümiddə bir işıq,
Bir az alatoranlıq, bir az nisgil...
Qarışıq...
Duyğularım hələ də körpü çəkir həsrətə:
İlahi, indi görən nəyə bənzəyir Şuşa?
Kimə bənzəyir Şuşa?
Bəlkə son ayrılığa?
Bəlkə ilk məhəbbətə?
...Tərk edilmiş yolların geriyə dönüşünə?
Susuzluqdan çat verib qanayan dodaqların
yağışla öpüşünə?
Əsarətin sonuna...
Azadlığın dadına...
Ən əziz adamını qarşılayan qadına...
...Dağlar çənlə qolboyun,
Yollar sislə sarmaşıq...
Dəqiqələr süzülür saat əqrəblərindən,
Vaxt sınır,
zaman çökür.
Sanki uçan xalçadı nağıllar aləmində -
Şuşaya yağış yağır,
Şuşaya duman çökür...
***
Buludlar damla-damla
Layla deyir qalaya.
Ağaclar yallı gedir,
Dağlar durur halaya...
Şuşaya yağış yağır...
Yağış damlalarıyla
Rəqs eləyir çiçəklər.
Çiçəklərin telinə
Sığal çəkir küləklər,
Şuşaya yağış yağır...
İndi Cıdır düzündə
Süslənir xarıbülbül.
Yarıçiçək, yarıquş,
Yarıeşq, yarıbülbül...
İndi Cıdır düzündən
Ucalır cəngi səsi.
Daha şikəst deyildir
Qarabağ şikəstəsi...
Daha şikəst deyildir
Yollar, cığırlar, izlər.
Yurd həsrətli baxışlar,
Vətən sevdalı gözlər.
Şuşaya yağış yağır –
Azadlıq havasında...
Buludlar xumarlanır
Şuşanın səmasında...
...Şəhidlərin ruhu da
Sıldırım qayalardan
Şuşaya işıq saçır...
Şuşa sevgi, gözəllik,
Şuşa yaraşıq saçır.
Necə xoşbəxt görünür
Minarələr, türbələr...
Nə qaçqın var, nə köçkün,
Nə didərgin,
Dərbədər...
Damlalar rəqs eylərir -
Dincəlir əziz Şuşa.
Vətən, yurd sevgisindən
Dirçəlir əziz Şuşa...
Şuşaya yağış yağır...