Tiraspol tiranın əlindən çıxır
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
13:18 | 17 may 2022 | Çərşənbə axşamı
Məqaləyə 1254 dəfə baxılıb
Şriftin ölçüsü
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Ukrayna ordusu Mariupol şəhərindəki “Azovstal” polad zavodunda qalan qüvvələrin çıxarılmasına çalışdığını bildirir. Bununla da şəhərə nəzarət Rusiya qüvvələrinin nəzarətinə keçir. Mariupol aylarla Rusiya qüvvələri tərəfindən bombardman edilib, minlərlə dinc sakinin həlak olduğu bildirilir.
“Mariupol qarnizonu öz döyüş missiyasını yerinə yetirib”, – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 17-də bəyanatında bildirib.
Bir gün öncə “Azovstal”dan 260-dan çox ukraynalı əsgər çıxarılıb. Onların bəziləri yaralıdır. Yüzlərlə əsgər və dinc sakin həftələrlə zavodun altındakı bunkerlərdə qalıb.
***
Çoxu yaralı olan döyüşçülər Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərə təxliyə ediliblər.
Ukrayna Prezidenti Volodimir Zelenski gecə videoçıxışında deyib ki, “Ukraynaya qəhrəmanlarının sağ qalması lazımdır”. O, döyüşçülərin dərhal azad edilməyəcəyi haqda da xəbərdarlıq edib, onların azad olunması üçün danışıqlara “məharət və zaman” gərəkdiyini vurğulayıb.
Yaralı döyüşçülərin hərbi əsir hesab edilib-edilmədiyi haqda açıqlama verilməyib.
Bununla da Ukraynada ən uzun və qanlı bir savaşın sona çatdığı görünür. Ordu rəhbərliyinin bildirdiyinə görə, “Azovstal”ı müdafiə edənləri Moskvanı 20 min əsgəri Mariupola yönətlməyə vadar edib, onların ölkənin digər yerlərini sürətlə tutmasını önləyib.
Müharibədən öncə 400 min əhalisi olan Mariupol Rusiya bombardmanı nəticəsində xarabalığa çevrilib.
***
Britaniya hərbi kəşfiyyatının mayın 17-də açıqladığı bülletendə deyilir ki, Rusiya Ukraynanın şimalındakı Çerniqov şəhərində artilleriyadan istifadə ilə 3 min 500 binanı dağıdıb, yaxud ziyan vurub.
Ziyanın 80 faizinin yaşayış binalarına dəydiyi bildirilir.
Müharibənin əvvəlində paytaxt Kiyevə hədəfləyən Rusiya sonradan geri çəkilməyə, qüvvələrini şərqə yönəltməyə başladı.
Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Rusiya Ukraynanın şərqində üstünlük qazanmaq üçün ağır artilleriya bombardmanından istifadə edə bilər.
Mayın 16-da Rusiyanın şərqdə hücumu intensivləşdirməsi nəticəsində azı 19 dinc sakin həlak olub. Luqansk vilayətindəki Severodonetsk şəhərində 10, Donetsk vilayətində isə 9 sakinin öldürüldüyü bildirilir. Məlumatları region rəsmiləri açıqlayıb.
Ukrayna ordusu mayın 16-da Xarkov ətrafında əks-hücumu gücləndirdiyini, Rusiya əsgərlərini sərhədə doğru sıxışdırdığını bəyan edib.