vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
14:25 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 4017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sloveniyada «Savalan» dadı

Məşhurluqda Qəbələni geridə qoyan brendi…

Azər QƏRİBOV

Mənə ən çox verilən suallardan biri də mətbəx haqda suallardı – hansı ölkənin yeməklərini bəyənirsiniz, harada ac qalırsınız, harada iştaha ilə dadırsınız xörəkləri və s. Əvvəla, onu deyim ki, mən heç yerdə ac qalmaram. Səhra olsa belə, bir şey tapacam, aclığa dözümüm yoxdur. Sadəcə prioritetlər var.

Məsələn, Almaniyadır, İngiltərədir, digər mətbəxləri ilə zəngin olmayan ölkələrdir, oralarda steyk sifariş edirəm ki, ətdir də, ən azından doyumluq olacaq, çörəkdən də vursan bədənə.

Amma elə ölkələr var ki, orada adamın ürəyi açılır, daha doğrusu, adamın mədəsi. Eksperimentlər üçün, yeni dadlar, yeni təravətlər üçün açılır.

Məsələn, demək olar ki, bütün Şərqi Avropa ölkələrinin mətbəxi ləzizdir. Olduğum Macarıstan, Çexiya, Rumınıya, keçmış Yuqoslaviya ölkələri, bəh-bəh, yedikcə yemək istəyirsən.

Uzağa getməyək, elə götürək Sloveniyanın özünü. Həm dəniz nemətləri var, həm digərləri. Sadıq izləyicilərim artıq Aleşı tanıyırlar, zəngin ailədəndır və həmin ailənin böyük biznesini idarə edir.

Üzümlükləri var, balaca şərab zavodu var, qolf meydançaları var, 20 hektar torpağı, oteli və bu bölgədə tanınan restoranı. Restoranın özəlliyi isə ondadır ki, mətbəxə nəzarəti Aleşın Maması edir.

Dədə babadan qalan öz reseptləri filanı, buraya gələnlər bilirlər ki, hər şey ev məhsulu olacaq. Təsəvvür edin ki, masaya verilən ərzaqların çoxu Aleş gilin şəxsi bağlarındandır - tərəvəzdir, pendirdir, yağdır, kolbasadır, smetan, bal, çolpasına kimi var təsərrüfatlarında.

Hətta boşqabların üstünə naxış da burada edilir, balaca sexdə xanımlar həm şərab şüşələrinə bəzək vururlar, həm də boşqablara «Unikat» sözünü yazırlar ki, unikaldır.

Digər özəllik isə ondadır ki, bu restoranda sifarişi türk dilində də etmək olar! Bəli, bəli, ofisiantlardan bir türkdür, Yaşardır adı, Aleş bu il onu işə götürüb, çox mehriban oğlandır və çalışqan işçi, halal olsun hər ikisinə.

O ki qaldı Aleşın çaxırına, onu Sloveniyada hamı tanıyır və əlbəttə burada qonaqlar şərab sifariş edəndə buranın şərabını sifariş edirlər.

Bütövlükdə deyim ki, biz ağır içkilərdən çox içirik - araqdır, viskidir, tekiladır, vur ki vurasan. Bu yaxşı hal deyil, öz payıma da deyirəm.

Amma sevindirici faktor odur ki, şərab, şərabçılıq mədəniyyəti ölkəmizdə bərpa olunur, restoranlarda olanda fikir verirəm ki, çaxır sifarış edənlərin sayı çoxalıb, özü də yerli çaxırlar.

Onlarda isə əzəldən belədir, əsas içilən içkilər ya pivədir, ya çaxır.

Ona görə, həm bir Sloveniyalı kimi, həm də şərab biznesi ilə məşğul olan adam kimi, Aleş çaxırı tanıyır, yaxşını pisdən seçə bilir, burnunu badəyə yaxınlaşdıran kimi.

Mən isə son zamanlar xaricə gedəndə Savalan aparıram özümlə, həm doğma Qəbələni piar edirəm, tanıdıram Vətənimi, həm oralarda qonaq gedəndə şərab ən dəyərli və populyar hədiyə hesab olunur, həm də mənə maraqlıdır, bizim çaxıra nə qiymət verirlər o tərəflərdə.

Düzdür, «Savalan» gedib sərgilərdə qızıl medal filan qazanır, amma bir var rəsmi yarış, bir də var qeyri formal yeyib içmək.

Nə başınızı ağrıdım, pomidor salatı sifariş etdim, şorba içdım, ördək paşteti istədim, vetçına, pendir və əsas yemək kimi mərsin sousda ceyran əti. Mmmm, bilirsiniz nə getdi Savalanla? Yağ kimi!

Aleş isə dana ətindən bir dənə steyk yedi, üstündən qaban antrekot və oldu tox. Nə canı var ki?

Hərçənd Aleş özü əsasən ağ çaxır - yəni bəyaz şərab içir. Mən xahiş etdim ki, bizim Qəbələnin də havasını duysun. Elə iki qardaş oturub bir butulkanın axırına çıxdıq. Pis olsaydı içməzdi ki?

Mən Qəbələdən danışdım, o Sloveniyadan danışdı, bir az ordan-burdan və ümumi qənaətə gəldik ki, həyat gözəldir.

Sizin də həyatınız gözəl olsun, gününüz xeyirli, mədəniz tox, işləriniz isə avand...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)