vaxtlı-vaxtında oxuyun! Cümə, 20 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.1043 AZN
Rusiya rublu 1 RUB = 0.0280 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.4138 AZN
Türk lirəsi 1 TRY = 0.4229 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Səndən uzaq düşsəm də
mən eşqin ilə yaşayıram, 
Yaralanmış qəlbim kimi
qəlbi viran Azərbaycan.»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜƏLLİF  
10:52 | 17 oktyabr 2012 | Çərşənbə Məqaləyə 1160 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hüseyn adlı Yəzidlər»

Şərif AĞ

Uşaqdan ötrü ailəsi dağılan və tənha anası ilə Sumqayıtda yaşayan xanım dostum bu günlərdə mənə belə bir ismarış göndərdi: “Sənin imzana ilk dəfə “Alatoran” jurnalında rast gəldim. Nə gizlədim, yazılarından daha artıq adın diqqətimi çəkdi. Karandaşla altından düz üç xətt çəkdim. Bilirsən niyə?

Yoldaşımdan təzə ayrılmışdım. Anamın yanına köçən gündən məhəllədə yaşayan cavan bir polis məni qaraladı. Uzun müddət zəhləmi tökdü, hədələdi, böhtan atdırdı. Adımı qorumaq üçün kiməsə dərdimi anlada bilmirdim. Anamın səhhəti pis olduğundan ona da nəsə söyləmirdim. Hətta həmin polisin ucbatından uşaq bağçasındakı işimi də itirdim... Nə isə! Onun da adı Şərif idi!”
İsmarışı oxuyan kimi diksindim. Diksindim və bu dünyanın bütün Şərifləri gəlib gözümün qabağından keçdi.
Şərif adı 9 iqlimə malik gözəl məmləkətimizdə o qədər də çox deyil. Doğrudur iki məşhur Şərif Şərifov bu boşluğu xeyli doldurur, amma yenə də! Tanınmış operatoru və sonuncu Olimpiya çempionunu deyirəm...
Bir də “Mən ki gözəl deyildim” filmində İsmayıl Osmanlının yaratdığı Şərif dayı obrazı yadımdadır. Çox gözəl bir kişidir...
Şərif adı həm də çətin səslənəndir. Xüsusilə, rusdillilər məni Şəfi, Əşrəf, Fərəş vs kimi çağırırlar. Qanım əməlli-başlı qaralır. Amma bayağı Hollivud filmlərinə çox baxanlar Şerif kəlməsini asanlıqla yadda saxlayır və tələffüz edirlər.
Başqa Şərifləri bilmirəm, mənə bu adın qoyulmasının maraqlı tarixçəsi var. Atamın birinci qadını yaxın qohumu olub. Onlar da uşaqları olmadığı üçün ayrılıblar. Atam qohumuna söz verib ki, əgər məndən sonra başqasına getməsən ilk doğulan oğlan övladmı sənə verəcəm. Həmin qadının Şərəf adlı bir qardaşı varmış, vaxtsız rəhmətə gedibmiş. Atam, hətta nəmənəliyini anamdan da gizli saxladığı bu adı rəhmətlik Şərəfdən əxz edib. Sonra qadın başqa kişi ilə ailə qurduğu üçün, atam məni ona verməyib.
Beləliklə, hələ ağlım kəsməyən vaxtlardan Şərif adını doğrultmaq qismət olmayıb mənə. Açığı cavan vaxtlarımda uzun zaman bunun xiffətini eləmişəm. Sonralar böyük Azərbaycan mütəfəkkiri Həmid Herisçinin aşağıdakı fikrini eşidəndə toxtamışam: “Bizdə hər kəs ona qoyulan adı korlamaqla məşğuldur!”
Düşünmüşəm: bəlkə sufiyanə şeirlər yazan Şərq müdrikləri özlərini Abdal, Hafi, Füzuli, Miskin, Avarə adlandırmaqla Həmidin bu heyrətamiz fikrinin ona aid olmadığını sübuta yetirməyə çalışıb. Və hətta demək istəyib ki, əksinə, biz ucanı alçaldan yox, alçağı ucaldanlardanıq.
Ətrafımız İsa adlı İudalar, Hüseyn adlı Yəzidlər, Jan Valjan adlı Tenardyelər və İsgəndər adlı Şeyx Nəsrullahlarla doludur.
Xanım dostuma bu mənada təsəlli verməyə çalışdım, dedim, bəlkə elə mən də yaxşı adam deyiləm?! O, inad elədi, sən yaxşı adamsan, dedi. Mən də söz altda qalmadım. Dedim, madam ki, yaxşı adamam, demək əsl Şərif mən deyiləm, həmin o polisdir. Mən hardasa Ağabala-zadam!

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)