vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MÜƏLLİF  
08:37 | 18 oktyabr 2011 | Çərşənbə axşamı Məqaləyə 722 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ustadlarıma bərəkallah!»

Etibar CƏBRAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxşı ki, məni də hərdən yada salırlar. Aradabir qəzetlərdən, internet portallarından zəng edib maraqlanır, hansısa bir məsələyə münasibətimi öyrənirlər. Təbii ki, sorğular əsasən mətbuatla bağlı olur. Dünən də qəzetlərin birindən zəng gəldi. Gənc xanım həmkarım qəzetçiliyə nə zaman, necə gəldiyimlə maraqlanırdı. Dedi ki, jurnalistlərin bir neçəsindən müsahibə götürür və bizim verəcəyimiz cavablar əsasında çalışdığı qəzetdə yazı hazırlayacaq.

Jurnalist xanım xəttin o başında diktofonu işə salan kimi qəzetçiliyə necə gəlməyimi danışmağa başladım. Əvvəlcə yarızarafat-yarıgerçək dedim ki, qəzetçiliyə hamı kimi gəlmişəm. Yəni səhər tezdən durub əl-üzümü yumuşam. Şirin çay, pendir-çörək yeyəndən sonra geyinib saçımı daramışam. Avtobusa minib gəlmişəm redaksiyaya və başlamışam jurnalistika ilə məşğul olmağa. 
Sonra söhbəti ciddiləşdirdim. Dedim ki, yazı-pozu adamlarının hökmən bəhrələndiyi, ustad saydığı insanlar olur. Onların hansısa bir yazısı, məsləhəti səni bu sahəyə bağlayır. Ustadların kimi yazmağa, onlar kimi populyar olmağa çalışırsan. Təbii ki, jurnalistikada mənim də ustadlarım olub. Onların yazıları, məsləhətləri məni qəzetçiliyə gətirib və bağlayıb. Elə bağlayıb ki, indi də heç yerə gedə bilmirəm. 
Xanım həmkarım xəttin o başından sual verməsə də mən ustadlarımın adlarını konkretləşdirdim və onlardan necə bəhrələndiyimi danışdım: “Hələ çox gənc idim. Qəzetlərdə bir-iki informasiyam çap olunmuşdu. Bir dəfə əlimə jurnalist Müşfiq Ələsgərlinin “Ət çox, şərəf yox” adlı yazısı düşdü. Qəzetin adı indi yadımda qalmasa da, həmin məqalədən aldığım enerji hələ də məni tərk etməyib. Dərhal soraqlaşıb Müşfiq Ələsgərlini tapdım və jurnalistika ilə daha ciddi məşğul olmaq istədiyimi dedim. O, məni səbirlə dinlədi və oxumaq, bəhrələnmək üçün başqa yazılarını da verdi. Elə bil sehrli aləmə düşmüşdüm. Müşfiq Ələsgərlinin yazdığı “Heç bilmədim satqınlığı kim saldı...”, “Üzümün suyu”, “Alçala-alçala ucalanları, ucala-ucala alçalan gördüm” adlı məqalələrini dönə-dönə oxuyandan sonra qərarımı verdim-Mən də peşəkar və istedadlı jurnalist olmalı, belə maraqlı yazılar yazmalıyam. Öldü var, döndü yoxdu! 
Müşfiq Ələsgərli ilə tez-tez görüşür, ondan məsləhətlər alırdım. Bir dəfə o, mənə kitab verib dedi ki, əsl jurnalist olmaq istəyirsənsə bu kitabı hökmən oxu. Umud Rəhimoğlunun “Yerin altından gələn pıçıltılar” adlı kitab idi. Kitabı bir nəfəsə oxudum. Oradakı məqalələr hər bir jurnalist üçün əsl məktəb sayıla bilərdi. “Partlama!”, “Saçım ağarsa da üzüm ağarmır”, “Avrasiya mənə dar gəlir”, “Yolunda gəyirməyə hazıram, Vətən!” məqalələri məni elə ilk oxunuşdan valeh etdi, ovsunladı. Umud Rəhimoğlunun həmin kitabı bu gün də masamın üstündədi, hər gün oxuyur, təzə nəsə öyrənirəm. 
Bir dəfə minaaxtaranların tədbirində Umud Rəhimoğluna yaxınlaşıb tanış oldum. Peşəkar jurnalist olmaq üçün ondan məsləhət istədim. Umud müəllim cibindən bir kitab çıxarıb mənə verdi və dedi ki, istedadlı jurnalist olmaq istəyən hökmən bu kitabı oxumalıdı. Ustadımın məsləhət gördüyü kitabı Vüqar Səfərli yazmışdı. Adı da belə idi- “Qəzet satanam, üzüm qara”. Kitabda nələr yox idi! “Qəzet qəbiristanlığında tapdığım səadət”, “Böyük “Kiçik torpağım” mənim”, “Müsabiqənin pulunu oğluna ver, birini də üstəlik” kimi məqalələr əsl jurnalistika universiteti sayılmağa layiq idi. 
Kitabı oxuyan gündən müəllifi ilə görüşüb məsləhət almaq istəsəm də Vüqar Səfərlini tapa bilmirdim. Nəhayət ki, günlərin birində bəxtimə gün doğdu. Satışdan gələn pullarını ala bilməyən qəzet redaktorlarının firmanın önündə keçirdiyi piketdən sonra Vüqar Səfərli ilə görüşə bildim. Məni xoş üzlə qarşıladı. Bir-birindən maraqlı məqalələr yazan əlini çiynimə qoyub mehriban-mehriban gülümsədi. Dedi ki, jurnalistika çox çətin sənətdi. Həm çətindi, həm də şərəfli. Əgər yaxşı jurnalist olmaq istəyirsənsə, bir kitab var, onu hökmən oxu. Oxu və öyrən. Dərhal da maşınının baqajından qalın bir kitab çıxardıb mənə verdi. Baxdım ki, Əflatun Amaşovun “Seçilmiş əsərləri”nin birinci cildidi. Birinci cilddə müasirimiz olan dahi jurnalistin tanınmış insanlardan, siyasət və mədəniyyət xadimlərindən aldığı müsahibələr, yazdığı xəbərlər və rus dilindən etdiyi tərcümələr daxil edilmişdi. Kitabı oxumaqla doymaq olmurdu. Heç indi də doymaq olmur. Bu cildə daxil edilən “Mən hansı bir insana bənzədim ki, Raqquşu”, “Ağzımı açmayın”, “Moskva-Ukraynanın baş kəndi”, “Yazmaq üçün yemirəm, yemək üçün yazıram” adlı yazılar sanki mənə dünyanı bağışladı. Sözün əsl mənasında bir ali məktəb keçdim. 
Jurnalistikada ustad saydığım bu insanlardan çox şey öyrənmişəm və bu gün də öyrənirəm. Qəzetçiliyə gəlməyimdə onları əməyi böyükdü. Onların yazdıqlarından öyrənməsəydim, bəlkə də heç jurnalistikada qala bilməzdim”. 
Jurnalistikaya necə gəlməyimlə bağlı müsahibə götürən xanım xəttin o biri başında “Çox sağ olun”-deyib telefonu qapatdı. Yəqin bir-iki gündən sonra müsahibəm qəzetdə çap olunacaq. 
Müsahibə nə qədər ki, çapa getməyib gərək zəng edib xanım həmkarımdan üzr istəyim. Deyim ki, vallah telefonda dediklərimin hamısı bir zarafat idi. 
Ustadlara kəm baxmaq olur, zarafat etmək yox?

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)