vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
17:20 | 27 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aqramunt istefaya göndərilir

AŞPA prezidenti ilə bağlı səsvermə keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında «Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi» adlı hesabat müzakirəyə çıxarılıb.

İsveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Aparılan qızğın müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək AŞPA-nın prosedurunun təşkilatın gələcəyi üçün deyil, hansısa fərdlərin cəzalandırılması məqsədilə dəyişdirilməsi cəhdini «əcinnə ovu» adlandırıb: «Biz Azərbaycan nümayəndəsi olaraq hər zaman AŞPA daxilində islahatların aparılmasını dəstəkləmişik, əvvəllər də qurum daxilində islahatların aparılmasının, davranış kodunun zəruri olduğunu bildirmişik və indi də bunu dəstəkləməkdəyik. Bu islahatların əsas məqsədi təşkilatımızın nüfuzunun bərpa edilməsi olmalıdır. Amma çox qəribə yanaşma var. Necə olur ki, AŞPA-nın üzvü Rene Ruke Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etdikdə, assambleyanın bəzi üzvləri Krıma getdikdə, heç kim durub buna qarşı çıxmadı, heç kim demədi ki, bəs bu addımlar təşkilatın nüfuzuna xələl gətirir və s... Amma indi birdən-birə nələrsə dəyişdi və bir çoxları başladılar təşkilatın nüfuzundan danışmağa... Yəni, təşkilatın keçmişində də buna oxşar hadisələr olub və həmişə hansısa şəxsin qarşısının alınması üçün belə «islahatlar» aparılıb. Burada açıq deməliyik ki, qurumun daxili nizamnaməsini dəyişməklə, bunu islahatların aparılması naminə deyil, hansısa şəxsə qarşı edirik. Biz doğrudan da qurum daxilində islahatların aparılmasını istəyiriksə, o zaman təşkilatın gələcəyini və bu islahatların bütün 47 üzv ölkə tərəfindən qəbul edilməsini düşünərək hərəkət etməliyik. Amma bunun əksinə olaraq, hansısa şəxsləri cəzalandırmaq üçün dəyişiklik edilirsə, onda bunun adı «əcinnə ovu»dur.

Mən bugünkü mövzuya dair çıxış edənlərin siyahısına göz gəzdirdim, erməni nümayəndə heyətinin üzvlərinin çoxu çıxışa yazılıblar. Təbii ki, burada kiminsə ifadə azadlığına qarşı çıxmaq fikrimiz yoxdur, amma elə danışırlar ki, guya bunlar təşkilatda islahatlara can atırlar, halbuki onlar burada sırf öz şəxsi maraqlarını güdürlər».

Çıxışlardan sonra hesabat səs qoyulub və 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra AŞPA-nın hazırkı sessiyasında qurumun sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılacağı gözlənilir. (APA)