Barselona terrorunun pərdəarxası
İŞİD-in Avropada qan tökməsi terror təşkilatının yeni hücumlar planlaşdırdığını göstərir
Cavanşir ABBASLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Melodan İspaniyaya ərazi iddiası
100 ildir mübahisəsi davam edən Olivenza yenidən mübahisə mövzusu olub
-
Suares milli ilə vidalaşır
Dünyaca məşhur hücumçu Uruqvayda bütün zamanların ən yaxşı olub
-
Lüks ev qarətçiləri
Polisi heyrətləndirən oğrular tutuldu
-
Madriddən Kiyevə veto
İspaniya Ukraynaya göndərdiyi silahların Rusiya ərazisində istifadəsinə icazə vermir
-
“Çox ciddi irqçilik problemi var”
İspaniya müxalifəti lideri: “Bizi narahat edən qayıqla gələnlər deyil”
-
Qayığın üstündən keçdi
İspaniya jandarmı qeyri-qanuni mühacirləri çətinliklə dayandırdı
-
Dənizi üzərək keçiblər
Mərakeşli immiqrantlar dumandan istifadə edib İspaniya ərazisinə daxil olublar
-
Əsrin sonunda Avropa cəhənnəmə dönəcək
Həddindən artıq istilər səbəbindən ölümlər 5 dəfə artacaq
-
Merdən mübahisəli qərar
Barselonada turistlərə mənzil kirayələmək qadağan edilib
-
Budəfəki daha qanlı olub
Daha üç nümayəndəliyə zərflər göndərilib
-
Ukrayna səfirliyində terror
Madriddəki nümayəndəliyə zərfdə bomba göndərilib, partlayış olub
-
ABŞ-dan qalmaqallı açıqlama
Vaşinqton YPG terrorçularını qanuniləşdirməyə çalışır
-
Avropa millətçiliyi yüksəlişdə
İspaniyanın ifrat sağçıları bütün göstəriciləri üstələyir
-
Terrorçular yalvarır
“Türkiyə bizi döyərkən niyə səsinizi çıxarıb bizi qorumursunuz?”
-
...Biz də vurduq”
Ərdoğan: “Ruslar sazişə əməl etmədi, ...
-
Qılınclanan terrorçu pəncəsi ...
Dünya mətbuatı Türkiyə Ordusunun əməliyyatını manşetlərə daşıdı
Avqustun 17-də axşam saatlarında İspaniyanın Barselona şəhərində törədilən terror aktı dünyanı hərəkətə gətirdi. Dəhşətli faciədə 13 insan həyatını itirdi, 100-dən çoxu da yaralandı. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, yaralıların çox olması itkilərin sayının artacağı ehtimallarını artırır. Kataloniyanın daxili işlər naziri Jaoquim Çiariello açıqlama verərək, yaralıların vəziyyətinin ağır olduğunu, ölü sayının arata biləcəyini ifadə edib. Terrorçu saatda 80 km sürətlə sürdüyü mikroavtobusu çox adam ölsün deyə izdihamın üzərinə ziq-zaq xətt cızaraq sürüb. İspaniya rəsmiləri mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıblar. Mətbuat konfransında hadisə ilə bağlı iki terrorçunun həbs olunduğu qeyd edilib. Terrorçulardan birinin Mərakeş əsilli Driss Oukabir olduğu bildirilib. O, terror aktında istifadə etdiyi mikroavtobusu kirayələyibmiş.
Bu terrorun acıları aradan qaldırılmamış saatlar sonra İspaniyanın Alkanar şəhərində sutka ərzində iki partlayış baş verib. APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, birinci partlayış narkotik vasitələrinin istehsalı laboratoriyasında baş verib. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb. İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşlarının olduğu bildirilir. Bir nəfərin vəziyyəti kritikdir. Təfərrüatlar açıqlanmır. Kataloniya polisinin rəisi Xosep Luis Trapero Alkanardakı partlayışların Barselonadakı partlayışlarla əlaqəli olduğunu istisna etməyib. Terror aktı ilə bağlı iş üzrə şübhəli şəxslərdən biri məhz Alkanarda həbs edilib.
«Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb».
Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu barədə Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib: «Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək».
Faciə ilə bağlı prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib.
İspaniyanın turizm bölgəsində baş verən dəhşətli hadisənin təsadüf olmadığı vurğulanır. Şübhəsiz ki, terror aktı turistlərin bu bölgəyə axınının qarşısını alacaq. Bu da İspaniya iqtisadiyyatına ciddi zərbə vuracaq. Ekspertlər ardıcıl olaraq, Avropanın iri şəhərlərinin İŞİD-ın hədəfinə çevrilməsini son zamanlar terror təşkilatına qarşı aparılan mübarizə ilə əlaqələndirirlər.
Təhlükəsizlik üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl hesab edir ki, hazırda kiçik deyil, böyük dövlətlər terrorun hədəfinə çevriliblər: «Terror siyasətə qarşıdır. Düzdür, İspaniya Almaniya, İngiltərə, Fransa, Amerika kimi dövlətlərə müqayisədə terrorizmə qarşı mübarizədə bir o qədər də önəmli rol oynamır. Hər hansı bir çağırışlarla da çıxış etmir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, İspaniyanın özündə millətçilərin özünün terror təşkilatı var. ETO adlanan bu təşkilat zaman-zaman üzə çıxıb. İspaniya doğrudur terrora qarşı mübarizə aparır, lakin öz ölkəsi daxilində. Beynəlxalq səviyyədə konvensiyaya qoşulub və bunun əsasında çıxış edir. Sadəcə İŞİD turizmin qaynadığı bir vaxtda əsas turizm məkanlarından biri hesab olunan Barselonada imkan tapıblar və buna görə də faciəni orada törədiblər. Əmin olun ki, səhəri gün imkan tapsalar, Azərbaycanda da etmək istəyərlər. Baxmayaraq ki, Azərbaycan dünya siyasətinə təsir edən dövlətlərdən deyil, dünya siyasətini də müəyyənləşdirən ölkələr sırasında yer almır. Amma mənim bildiyimə görə, onların buradakı tərəfdaşlarına belə bir tapşırıqlar olub ki, silahlar, partlayıcı maddələr əldə edə bilmirsinizsə, heç nə olmasa maşın götürüb insanların üzərinə sürün. Digər ölkələrdə olan tərəfdarlarına da bu cür tapşırıqlar veriblər. Səhəri gün terror Mərkəzi Avropanın kiçik dövlətlərinin birində də baş versə, bu o deməkdir ki, İŞİD bütövlükdə Avropanı hədəf götürür, bu cür hadisələr törətməklə dövlətlərin siyasətinə təsir etmək istəyirlər ki, İŞİD-dan əl çəksinlər. Əslində İŞİD-ın sonunu gətirmək üçün daha qətiyyətli addımlar atmaq lazımdır. Sadəcə bu məsələdə hələ də Bəşər Əsəd kimi mane olan qüvvə var. Onun nə zaman hakimiyyətdən gedib-getməyəcəyi məsələsi İŞİD-ın o vaxta qədər qalacağının təsdiqidir».
Təhlükəsizlik eksperti terrorçuların daha çox avtomobillərdən istifadə edərək, bu cür hadisələr törətmələrinə də aydınlıq gətirdi: «Terrorda istifadə edilən ənənəvi üsullar əhəmiyyətini heç də itirməyib. Sadəcə bu metodlardan az istifadə olunur. Maşın götürüb insanların üzərinə sürmək çox asandır. Maşına böyük partlayıcı maddələr də yerləşdirmək asan olur. Biri var 10 nəfər öldürəsən, biri də var ki, maşını kütlənin üzərinə sürüb, daha çox insanın həyatına bais olasan. Köhnə üsullardan Avropada istifadə etmək o qədər də asan deyil. Avtomobillərdən istifadə etməklə terror hadisələri törətmək üsulu ilk dəfə Fransadan başladı. Sonradan Almaniya və İsrailə də keçdi. Partlayıcı maddələrin Avropaya keçirilməsi çox çətindir. Diqqət yetirin, Fransada terror törətmək üçün yük maşını götürülmüşdü, amma Barselonada bu olmadı, çünki şəhərin küçələri darısqaldır, şəhərə yük maşınları buraxılmır. Ona görə mikromaşından istifadə olundu. Terrorçuya yuxarıdan gələn tapşırıq belə olur, «necə edirsən et özünü göstərməlisən». İŞİD-ın ənənəvi metodlardan geri çəkilib, yeni metodlardan istifadəyə üstünlük verməsi zəiflik deyil. Yeri gələndə bu üsul effekt verir. Fransada 80-a yaxın insan öldürüldü, Barselonada da 13 nəfər həyatını itirdi».
İ.İsmayıl Kataloniyanın müstəqilliyə gedən yolunda bu faciənin nə dərəcədə mane olacağı ilə bağlı suallara da münasibət bildirdi: «Bu fərqli mübarizədir. Orada fəaliyyət göstərən ETO təşkilatı Kataloniyanın müstəqilliyini tələb edir. Qanunverici yollarla məqsədlərinə də çox yaxınlaşıblar. Amma bu məsələ İŞİD-la bağlı olduğuna görə Kataloniya millətçiləri ilə İspaniya hökuməti arasında hansısa bir toqquşmaya səbəb ola bilməz. Həmçinin Kataloniyanın müstəqilliyə gedən yolunda da bu terrorun maneçiliyi olmaz. Əksinə Kataloniyanın müstəqillik yolundan bir az geri çəkilməsi indiki halda daha məqsədəuyğundur. Terrora qarşı mübarizədə bütöv İspaniya ilə birlikdə mübarizə aparmaq lazımdır. Səhəri gün Kataloniya strukturları yaradıb ortaya qoyana qədər çox hədəf olar. Ona görə düşünəcəklər ki, gələcəkdə daha çox hədəflərə tuş gələ bilərlər».