«O, şansını əldən buraxdı...»
General Xaçaturova məktub: «Bəxtin gətirdi ki, Ohanyan səni öz əliylə güllələmədi...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılara dəstək daralır
Erməni deputatlar Qarabağa buraxılmadı: nə baş verir?
-
Ohanyan Sərkisyanı satıb?
Hadisələr həbsə doğru gedir ...
-
Ermənistanda korrupsiya qalmaqalı
Xaçaturovla bağlı cinayət işi açıldı
-
İrəvanda üsyan çağırışları
«Bizə silah verin, Sərkisyanın dəstəsini məhv edək»
-
«Silahlanın!»
İrəvanda üsyan çağırışı
-
Sərkisyan son örtüyünü də saldı
Ermənistan rusiyayönümlü erməni milyarderlərə tapşırılır
-
Ohanyan tək qaldı
«Üç «O»» bloku dağıldı, Oskanyan və Ovanisyan siyasətdən getdi
-
Ohanyanla Ter-Petrosyanın şansı qalmayıb
Exit-poll: Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür
-
Ohanyan həbs oluna bilər
Ermənistan ordusundakı kütləvi yanacaq oğurluğu etiraf olundu
-
Sərkisyanın qorxulu rəqibi
«Ədalətsizliyə, qanunsuzluğa «bəsdir» deməliyik!»
-
Ermənistanda repressiya ab-havası
Bakı üçün unikal şans... aprelin 2-dən sonra İrəvanda qarışıqlıq yaşanacağı realdır
-
İş başına milyarderlər keçir
Rusiya Ermənistanı yeni əllərə - oliqarxlara təhvil verir; «gedin ordakıları dolandırın, məni narahat etməyin»
-
«Sonadək...»
Seyran Ohanyan hakimiyyəti hədələdi
-
Karapetyan anlayır ki, ...
Bakının seçki öncəsi Ermənistana mesajı nə olmalıdır?
-
General «İqla» raketi ilə kimi vurmaq istəyirdi?
Samvel Babayanın həbsinin dumanlı məqamları
-
«Biz atmağa başlasaq onların meyitlərini tapacaqlar...»
Keçmiş «müdafiə naziri»i hakimiyyəti hədələdi
«Cənab Xaçaturov, aprel döyüşlərindən bir ildən çox vaxt keçdi, hərçənd Moskva səni KTMT baş katibi postuna aparıb, lakin həmin döyüşlərdə öldürülən yüzlərlə əsgərə görə məsuliyyət sənin üstündədir. Bəxtin gətirdi ki, aprel müharibəsinin qızğın döyüşləri zamanı müdafiə naziri Seyran Ohanyan səni yanına çağırıb şəxsən güllələmədi. Sənin xoşbəxtliyindir ki, o, zadəgan nəslindən olmayıb, hərçənd buna yaxın olub. O, şansını əldən buraxıb və bununla da erməni xalqının şüurunda ali baş komandan rolunu uzun müddətə Varujan Avetisyana buraxıb...»
Virtualaz.org xəbər verir ki, bu sitat erməni yazar Vahan Kozmoyanın Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, hazırda KTMT blokunun katibi olan general Yuri Xaçaturova ünvanlanmış açıq məktubundandır. Məktubu lragir.am portalı dərc edib.
«Cənab Xaçaturov, vətənimizin başının üstünü müharibə baltası alıb, ruslar Azərbaycanı silahlandırır, Ermənistan respublikasının oyuncaq hökuməti isə öz xalqını satır. Nəyə görə Siz təxribatçı aprel müharibəsinin iştirakçısı oldunuz və rusların Qarabağda NATO-ya qarşı daha bir baza yerləşdirməsinə şərait yaratmağa hazırlaşırdınız?»-müəllif generala məktubunu davam etdirir.
Məktubda deyilir ki, Xaçaturov ya ruslara işləyən erməni sərkərdələri baqramyanlar, mikoyanların xəttini davam etdirib KTMT baş katibi kimi qalmalı, ya da ötən ilin iyul ayında İrəvanda silahlı qiyam qaldırmış Jirayr Səfilyan, Varujan Avetisyan və «Monte Melkonyanın yolunu davam etdirən digərlərinə » (Monte Melkonyan Qarabağda öldürülmüş «Asala» terrorçusudur) tərəf baxmalıdır.
«Bu, ruslar və qeyri-ruslar arasında seçim çağırışı deyil, sadəcə olaraq əcdadların harayıdır. Montenin yoluna qayıdın və yada salın ki, yadların əlaltısı olan talantlı şəxslər düşməndən təhlükəlidir, onlar dinc dövrdə öz xalqlarını yuxuya verərlər, dirçəlişdə isə öz sahibinin məqsədlərinə doğru gedərlər», - məktubda yazılır.
Qeyd edək ki, son vaxtlar erməni ictimaiyyətində Rusiyaya və ruslara qarşı çağırışlar artıb. Ermənistan hakimiyyəti isə Rusiyanın maraqlarına zidd olaraq NATO və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirir.