vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
KRİMİNAL, CİNAYƏT  
13:59 | 22 yanvar 2014 | Çərşənbə Məqaləyə 2671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qardaşını öldürtmək üçün killer tutdu

Azərbaycanlı biznesmen filmlərdə ola biləcək cinayət törədib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı iş adamı ona 250 min rubl borcu olan kiçik qardaşını killer vasitəsilə qətlə yetirib. «Qafqazinfo» Rusiya KİV-nə istinadən xəbər verir ki, artıq Kemerova vilayətində sifarişli qətl işi məhkəməyə göndərilib.

Münaqişə 44 yaşlı azərbaycanlı ilə onun 30 yaşlı qardaşı arasında baş verib. Belə ki, kiçik qardaşı borcunu ödəmədiyi üçün böyük qardaş işsiz, yerli sakinlərdən birinə doğma qardaşını öldürməyi təklif edib, qarşılığında isə ona ev və pul verəcəyinə söz verib. Killerə tapança verdikdən sonra böyük qardaş onunla cinayətin detallarını müzakirə edib. Beləliklə, dekabrın 3-də 42 yaşlı cinayətkar qurbanla görüşür və tapançadan ona bir neçə dəfə atəş açır. Daha sonra cəsədi yarımçıq tikiliyə gətirərək, cinayəti gizlətmək üçün onu yandırır. Xəbərsiz yoxa çıxan kiçik qardaşın qohumları axtarış üçün polisə müraciət edirlər. 
İstintaq-əməliyyat tədbirləri nəticəsində 44 yaşlı azərbaycanlı kiçik qardaşını borcuna görə öldürtdüyünü etiraf edib.