vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
13:49 | 29 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 558 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrqçi qatil edam oluna bilər

İki dəqiqə ərzində 10 nəfəri öldürüb, 3 nəfəri yaralayan cinayətkar ittihamları qəbul edib

XALİDƏ

Bu ilin may ayında ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində bir supermarketə silahlı hücumda 10 nəfəri öldürən və 3 nəfəri yaralayan 19 yaşlı Payton Gendron bütün qətl, nifrət cinayəti və digər ittihamları boynuna alıb. Səlahiyyətlilər ittihamları qəbul edən Gendonun şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasına məhkum ediləcəyini bildirib.

İttiham aktında iddia edilir ki, Gendronun hücumu planlı şəkildə gerçəkləşdirib. Səlahiyyətlilər həmçinin qatilin irqçi və “ağların üstünlüyü və ekstremist ideologiyalarla əlaqəsi” olduğunu bildirib.

Gendronun mühakimə olunana qədər saxlanıldığı Erie qraflığının prokuroru Con Flinn hücumu irqi nifrət cinayəti kimi qiymətləndirib. Flinn məhkəmə ilə bağlı verdiyi açıqlamada, "Müttəhim 2 dəqiqə ərzində bacardığı qədər qaradərili amerikalını öldürmək niyyəti ilə 10 günahsız qaradərili insanı qətlə yetirib və daha 3 nəfəri öldürməyə cəhd edib", –deyib: “Bu gün bu cəmiyyət əvvəlkindən daha güclüdür. Biz dünyaya göstərdik ki, irqçiliyin cəmiyyətimizdə yeri yoxdur”.

Gendronun vəkili Brayan Parker dinləmədən sonra bu açıqlamanı verdi: “Müvəkkilim, ömrünün qalan hissəsini şərti azadlığa buraxılma şansı olmadan həbsxanada keçirəcəyini bilə-bilə ittiham aktında göstərilən hər bir ittiham üzrə özünü təqsirli bildi”.

Hücumdan qısa müddət sonra həbs edilən Gendron ötən ilin iyun ayında əyalət məhkəməsində 10 birinci dərəcəli qətl, 10 ikinci dərəcəli qətl və 3 adam öldürməyə cəhd və qanunsuz silah saxlamaqda ittiham olunub. Gendron əvvəlcə əyalət və federal məhkəmələrdə ona qarşı irəli sürülən ittihamları rədd etmişdi.

Gendron dövlət ittihamları ilə yanaşı, hələ də federal ittihamlarla üzləşir. İyul ayında federal məhkəmənin münsiflər heyəti tərəfindən çıxarılan 27 maddəlik iddianamədə Gendron ölümlə və ya qətlə cəhdlə nəticələnən 14 nifrət cinayəti və nifrət cinayətləri törədərkən odlu silahdan istifadə etməkdə 13 ittiham irəli sürülüb. Nyu-York əyalətində ölüm hökmü olmasa da, Gendron bu ittihamlara görə federal səviyyədə ölüm cəzası ilə üzləşə bilər.