vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
08:25 | 6 dekabr 2022 | Çərşənbə axşamı Məqaləyə 686 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ötən il 592 milyardlıq silah satılıb

İlk 100 silah şirkəti arasında iki türk şirkəti var

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada COVİD-19 pandemiyasının yaratdığı problemlərə baxmayaraq, qlobal silah satışı artmağa davam edir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) “SİPRİ – Ən yüksək 100 Silah İstehsalçıları və Hərbi Xidmət Şirkəti 2021” adlı hesabatına əsasən, 2021-ci ildə müdafiə sektorunun ən yaxşı 100 şirkətinin silah və hərbi xidmət satışları əvvəlki illə müqayisədə 1,9 faiz artaraq 592 milyard dollara çatıb. Beləliklə, satışlar son 7 ildə ardıcıl olaraq yüksəlib. Siyahıda Türkiyədən ASELSAN 56-cı, Türk Aerokosmik Sənayesi (TUSAŞ) isə 84-cü yerdə qərarlaşıb.

2021-ci ildə ilk 100-lükdə yer alan iki türk şirkəti ASELSAN və “Turkish Aerospace” birlikdə cəmi 3,4 milyard dollar silah satıb. ASELSAN-ın silah satışı 2020-ci ilə nisbətən 6 faiz artaraq 2 milyard 160 milyard dollara çatıb.

2020-ci ildə ilk 100-lük arasında olan Türk Hava və Kosmik Sənayesi, 2021-ci ildə silah satışında yüzdə 62 artımla yenidən ilk 100-lük siyahısına daxil olub. Şirkətin 2021-ci ildə silah satışı 1,2 milyard dollar olub. Bu əhəmiyyətli artım qismən Türkiyə Silahlı Qüvvələrinə çoxlu sayda “Anka-S” pilotsuz uçuş aparatlarının (PUA) təhvil verilməsi ilə bağlı olub. SIPRI-nin hesabatına görə, ASELSAN 2020-ci ildə 51-ci, 2019-cu ildə isə 53-cü yerdə qərarlaşıb. TUSAŞ isə 2020-ci ildə 107-ci olub.

Amerikanın “Lockheed Martin” şirkəti 2021-ci ildə ilk 100-lük siyahısında birinci yeri tutub. Bu siyahının ilk 10-luğunda ABŞ şirkətləri olduğu halda, Böyük Britaniyadan “BAE Systems” 6-cı yerdə, son dörd şirkət Çin mənşəlidir. İlk 100-də 40 ABŞ şirkəti 299 milyard dollar dəyərində silah satıb.